İMEC Mühəndislik İMEC Mühəndislik
  • 314

İMEC Mühəndislik

Mühəndislik

Satış üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə mütəxəssis

  • Deadline 11 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • Şirkətin məhsullarını dərindən araşdırmaq və xidmətlərinin satışının təşkili və satış həcminin artırılması;
  • Yeni müştərilərin cəlb olunması və mövcud müştəri bazasının genişləndirilməsi;
  • Müştərilərlə görüşlərin keçirilməsi, təqdimatların təşkili və kommersiya təkliflərinin hazırlanması;
  • Distribyutor və son satış nöqtələri ilə koordinasiyanın təmin edilməsi;
  • Satış planlarının icrasında iştirak etmək və müəyyən edilmiş hədəflərə nail olmaq;
  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Bazar araşdırmasının aparılması, rəqib məhsulların və qiymət siyasətinin təhlili;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və daxil olan sorğuların operativ cavablandırılması;
  • Debitor borclara nəzarət və ödənişlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi;
  • Ezamiyyələrdə iştirak və regionlarda satış prosesinin təşkilinə dəstək;
  • Şirkətlərdən görüş alıb məhsulların demo versiyasını təqdim etmək;

Tələb olunan bilik və bacarıqlar:

  • Təhsil: Ali təhsil
  • İş təcrübəsi: Satış sahəsində minimum 1-2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Excel) üzrə sərbəst işləmə bacarığı;
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Satış və təqdimat bacarıqları;
  • Analitik düşünmə və nəticəyönümlülük;
  • Məsuliyyətlilik, operativlik və təşəbbüskarlıq;
  • Komanda ilə işləmə bacarığı.

İş şəraiti:

  • İş rejimi: 5 günlük;
  • İş vaxtı: 09:00–18:00;
  • Nahar vaxtı: 13:00–14:00;
  • İstirahət günü: Şənbə, Bazar;
  • Əmək haqqı: 500 AZN + Bonus;
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu,8 Noyabr prospekti 15, Azure Biznes Mərkəzi.

Müraciət qaydası:

Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly298
  • Monthly869