Satış təmsilçisi / Aparıcı satış təmsilçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış təmsilçisi / Aparıcı satış təmsilçisi

  • Deadline 29 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Avtomobil satışı sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Avtomobil bazarı, modellər, texniki göstəricilər və əsas avtomobil sistemləri haqqında məlumat;
  • Satış prosesinin bütün mərhələləri üzrə bilik;
  • CRM sistemləri ilə işləmək bacarığı;
  • Sürücülük vəsiqəsi;
  • Azərbaycan dili biliyi səlis, rus və ya ingilis dili biliyi əla səviyyədə;
  • MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Şirkətin avtomobil modellərinin satışını həyata keçirmək və aylıq satış planını yerinə yetirmək;
  • Showroom-a daxil olan və onlayn kanallardan gələn müştərilərlə operativ əlaqə saxlamaq;
  • Müştərinin ehtiyaclarını, büdcəsini və seçim kriteriyalarını müəyyən etmək;
  • Müştəriyə uyğun avtomobil modeli, komplektasiya və maliyyələşdirmə variantlarını təqdim etmək;
  • Avtomobilin texniki və funksional üstünlüklərini peşəkar şəkildə təqdim etmək;
  • Test-drive prosesini təşkil etmək və avtomobilin əsas üstünlüklərini praktiki şəkildə nümayiş etdirmək;
  • Potensial müştərilərlə mütəmadi follow-up həyata keçirmək;
  • Köhnə və mövcud müştərilərlə əlaqələri qorumaq və əlavə satış imkanlarını müəyyən etmək;
  • Yeni müştərilərin cəlb edilməsi üçün aktiv satış fəaliyyətləri həyata keçirmək;
  • Korporativ və fərdi müştərilərlə satış görüşləri keçirmək;
  • Müştərilərə kredit, lizinq, sığorta, servis və digər əlavə xidmətlər haqqında məlumat vermək;
  • Avtomobilin təhvil verilməsi prosesində iştirak etmək və müştəriyə avtomobilin əsas funksiyalarını izah etmək;
  • Müştəri məmnuniyyətini izləmək və yaranan problemlərin həllində iştirak etmək;
  • Bazar, rəqib modellər və qiymət dəyişiklikləri haqqında məlumat toplamaq;
  • Rəhbərliyə satış nəticələri və bazar tendensiyaları barədə məlumat vermək.

İş şərtlərimiz:

  • İş yeri: Üzeyir Hacıbəyli küç 157C

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış təmsilçisi/Aparıcı satış təmsilçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2601&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.

  • Daily6
  • Weekly250
  • Monthly2590