Tələb Olunan Biliklər:
- Texniki sahə üzrə ali təhsil ( Hidravlika üzrə, maşınqayırma texnologiyaları, cihazqayırma mühəndisliyi, texnoloji maşın və avadanlıqlar mühəndisliyi, mexanika mühəndisliyi kimi ixtisaslar üstünlükdür)
- Texniki sahə üzrə təcrübə (xüsusən hidravlika üzrə)
Tələb Olunan Bacarıqlar:
- Ölçmələrin , müşahidələrin və eksperimentlərin aparılması texnikasını , nəzarət ölçü cihazlarını və onlardan istifadə qaydalarını;
- Hidravlik avadanlıqların (istifadə olunan avadanlığın) texniki və konstruktiv xüsusiyyətlərini , təyinatını , işləmə prinsipini və istismar qaydalarını;
- Avadanlıqların parametrlərini , işləmə prinsip və xüsusiyyətlərini, montaj ve demontajını
- Müşahidə metodlarını və defektin aşkar edilməsi qaydalarını ;
- Hidravlika üzrə nəzəri bilikləri , terminləri , prosesləri ;
- Boruların və şlanqların test olunması qaydaları ;
- Boruların və şlanqların yuyulması qayda və prinsiplərini ;
- Şlanqların hazırlanması və boruların başlıqlarına (fitinqlərin və şlanq başlıqlarının) taxılması qaydalarını ;
- Boruların , fittinqlərin , şlanqların və şlanq başlıqlarının növlərini ,təzyiqə görə təyin olunma qaydalarını və təyinatı üzrə işləmə yerlərini ;
- Hidravlik şlanqların, turbaların ,klapanların , silindirlərin, motorların təmiri və təzyiq sınağını ;
- Maye qaz mexanikasını;
- Hidravlik sxemlərin oxunması və tərtib edilməsini
- Solidworks, Catia, AutoCad programlarından istifadəni
- Ansys Workbench (Arzu olunandır)
- Eskiz və datasheet’lər ilə işləməyi
- Yeni hidravlik sistemlərin layihələndirilməsini, hesablamaların aparılmasını, modelləşdirmə və istehsalata tətbiq etməyi;
İş barədə məlumat:
- Layihələrdə işlənəcək materialların siyahısını hazırlamaq ;
- Layihədə istifadə (olunan) olunacaq avadanlıqlarını yoxlamaq və onlara təmir,xidmət, test işlərini həyata keçirmək , təşkil etmək ;
- Avadanlıqların montaj və demontajının keyfiyyətli və düzgün yerinə yetirilməsini təşkil etmək və nəzarət etmək .
- Texniki sənədlərin və spesifikasiyaların hazırlanması.
- Layihə sənədlərini texniki normativlərə uyğun şəkildə tərtib etmək
- Yeni hidravlik sistemlər layihələndirilmək, hesabat aparmaq, modelləşdirmək və istehsalata tətbiq etmək
- Hidravlik sxemləri tərtib etmək.
- Şirkətin istehsal etdiyi məhsulların təkminləşdirilməsi və yeni məhsulların istehsalı üçün hər zaman araşdırma və tətqiqat aparmaq.
İş şəraiti:
- Ünvan: Qaradağ ray. Səlyan şossesi
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 6 günlük iş rejimi ( Həftədə 1 dəfə istirahət)
- İş saatı: 09:00-dan 17:00-dək
- Şənbə günü 09:00-dan 15:00-dək
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
- Yaş həddi: 25-35
- Kompyuterdə sərbəst çalışmağı bacarmalı
- Ezamiyyətlərə açıq olmalı
Namizədlər CV-lərini “Hidravlika üzrə mühəndis” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.