Vəzifə öhdəlikləri:
- Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə-yetirilməsini,təmin-edir;
- Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
- Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək;
- Sahələrdə gedən tikinti subpodratçılardan işlərin təhvil alınmasına texniki rəy vermək;
- Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsini təmin etmək;
- Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (Gizli aktlar, beton işləri jurnalı və s.);
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
- Beton konstruksiya, izolyasiya və qazıntı əks doldurma işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək.
- Layihə üzrə demir beton konstruksiyalarında vizual, ölçmə və test sınaqlarında iştirak etmək
Tələb olunan göstəricilər:
- Ali təhsil;
- Müvafiq Sahə üzrə 3 illik iş təcrübəsi;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək;
- AutoCAD proqramını bilmək arzuolunandır.
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili - Yaxşı
- MS Office proqramlarından yaxşı istifadə bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 6 günlük iş rejimi
- Həftə içi günlər saat 09:00-dan 17:00-dək
- Şənbə günü 09:00-dan 15:00-dək
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
- Yaş həddi: 25-40
- Kompyuterdə sərbəst çalışmağı bacarmalı
- Ezamiyyətlərə açıq olmalı
- Ünvan: Qaradag ray. Səlyan şossesi
Namizədlər CV-lərini “İnşaat mühəndisi” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.