Vəzifə öhdəlikləri:
- Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə-yetirilməsini, təmin-edir;
- Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək; - Sahələrdə gedən tikinti subpodratçılardan işlərin təhvil alınmasına texniki rəy vermək;
- Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsini təmin etmək;
- Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (aktlar, beton işləri jurnalı və s.);
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
- Beton konstruksiya, izolyasiya və qazıntı əks doldurma işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək.
- Layihə üzrə demir beton konstruksiyalarında vizual, ölçmə və test sınaqlarında iştirak etmək
Tələb olunan göstəricilər:
- Kişi;
- Yaş 25-45:
- Ali tikinti və texniki təhsilli;
- Müvafiq sahə üzrə 3 illik iş təcrübəsi;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək;
- MS Office proqramlarından yaxşı istifadə bacarığı; Autocad proqramını bilmək arzuolunandır;
- Azərbaycan və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
- Ezamiyyətə hazırlıq (xərclər şirkət tərəfindən ödənilir);
İş barədə məlumat:
- İş qrafiki: 6 günlük;
- İş saatları: I-V 09:00-17:00, VI 09:00-16:00;
- Əmək haqqı: 1000 – 1500 Azn;
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Salyan Şossesi 15, İmprotex İndustries MMC-nin İnzibati binası;
- Çatdırılma: Servis Xidməti
Uyğun olan namizədlər CV-ni (mövzu yerinə “İnşaat mühəndisi”) qeyd olunan elektron poçt ünvanlarına göndərə bilərlər: [email protected] ; [email protected]