I Improve Group
  • 366

Improve Group

Peşəkar xidmətlər

İnsan Resursları üzrə Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə Menecer

  • Deadline 15 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin İnsan resursları şöbəsinin İR strategiyasının hazırlanması və ona uyğun idarə edilməsi;
  • İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət edilməsi;
  • İşçi qüvvəsinin planlaşdırılması və idarəedilməsi;
  • İR büdcəsinin hazırlanması və icrasına nəzarət edilməsi;
  • Strukturun formalaşdırılması və optimal idarə edilməsi
  • İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
  • İş analizlərinin aparılmasının təmin edilməsi;
  • Vəzifə təlimatlarının hazırlanmasının təmin olunması; 
  • Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
  • İşçi axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, düzgün namizədin seçilməsi və işə götürülmə prosesi
  • Oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
  • Performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Təlim ehtiyaclarının müəyyən olunması; təlim planının işlənib hazırlanması və yerinə yetirilməsinin təmin ediməsi;
  • Vəzifələr üzrə dərəcələndirmə metodlarını tətbiq edərək dərəcələndirilmənin aparılması
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması
  • Kadr kargüzarlığının qanunvericiliyə uyğun olaraq tənzimlənməsi (əmək haqqı və məzuniyyət hesabblanmalarıda daxil olmaqla) və idarə edilməsi
  • İR proseslərinin avtomatlaşdırılması istiqamətində tədbirlərin icra edilməsi;
  • Karyera planlaması və inkişafı, əməkdaşların karyera yollarını müəyyənləşdirmək və inkişaf proqramları hazırlamaq.
  • İşçilər arasında yarana biləcək münaqişələrin həll olunması və uyğun həll yollarının tapılması
  • Şirkətdə pozitiv və məhsuldar iş mühitinin yaradılması üçün tədbirlər görülməsi.
  • Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi

 Tələblər:

  • İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi.
  • İnsan Resurslarının idarə olunması üzrə min 3-5 il iş təcrübəsi 
  • İşə qəbul proses və üsulları haqqında mükəmməl anlayış
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini əla səviyyədə bilməsi
  • İş fəaliyyətini qanunvericilik və qaydalara uyğun olaraq təşkil etmək
  • Güclü ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları
  • Məsuliyyətli, obyektiv və etibarlı
  • Məxfilik və gizlilik prinsiplərini saxlamaq
  • İşə planlı yanaşma və operativlik
  • Təşkilatçılıq, vaxtın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarığı
  • Komandada işləmək və liderlik qabiliyyəti
  • Dəyişən şəraitlərə uyğunlaşmaq və innovativ həllər tapmaq bacarığı
  • MS Office (Excel, Word, PowerPoint, Outlook) proqramlarda İşləmək bacarığı
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti; İngilis dili biliyi üstünlükdür.
  • Restoran sahəsində təcrübə olması üstünlükdür

İş barədə:

  • İş rejimi: Həftə içi 6 gün 
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək Haqqı 2000-2500 AZN

Tələblərə cavab verən namizədlər öz CV-lərini “İnsan Resursları üzrə Menecer” başlığı ilə elektron poçtuna göndərə bilərlər.

  • Daily1
  • Weekly362
  • Monthly982