Vəzifə öhdəlikləri:
- Şirkətin İnsan resursları şöbəsinin İR strategiyasının hazırlanması və ona uyğun idarə edilməsi;
- İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət edilməsi;
- İşçi qüvvəsinin planlaşdırılması və idarəedilməsi;
- İR büdcəsinin hazırlanması və icrasına nəzarət edilməsi;
- Strukturun formalaşdırılması və optimal idarə edilməsi
- İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
- İş analizlərinin aparılmasının təmin edilməsi;
- Vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;
- Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
- İşçi axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, düzgün namizədin seçilməsi və işə götürülmə prosesi
- Oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
- Performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- Təlim ehtiyaclarının müəyyən olunması; təlim planının işlənib hazırlanması və yerinə yetirilməsinin təmin ediməsi;
- Vəzifələr üzrə dərəcələndirmə metodlarını tətbiq edərək dərəcələndirilmənin aparılması
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması
- Kadr kargüzarlığının qanunvericiliyə uyğun olaraq tənzimlənməsi (əmək haqqı və məzuniyyət hesabblanmalarıda daxil olmaqla) və idarə edilməsi
- İR proseslərinin avtomatlaşdırılması istiqamətində tədbirlərin icra edilməsi;
- Karyera planlaması və inkişafı, əməkdaşların karyera yollarını müəyyənləşdirmək və inkişaf proqramları hazırlamaq.
- İşçilər arasında yarana biləcək münaqişələrin həll olunması və uyğun həll yollarının tapılması
- Şirkətdə pozitiv və məhsuldar iş mühitinin yaradılması üçün tədbirlər görülməsi.
- Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
Tələblər:
- İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi.
- İnsan Resurslarının idarə olunması üzrə min 3-5 il iş təcrübəsi
- İşə qəbul proses və üsulları haqqında mükəmməl anlayış
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini əla səviyyədə bilməsi
- İş fəaliyyətini qanunvericilik və qaydalara uyğun olaraq təşkil etmək
- Güclü ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları
- Məsuliyyətli, obyektiv və etibarlı
- Məxfilik və gizlilik prinsiplərini saxlamaq
- İşə planlı yanaşma və operativlik
- Təşkilatçılıq, vaxtın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarığı
- Komandada işləmək və liderlik qabiliyyəti
- Dəyişən şəraitlərə uyğunlaşmaq və innovativ həllər tapmaq bacarığı
- MS Office (Excel, Word, PowerPoint, Outlook) proqramlarda İşləmək bacarığı
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti; İngilis dili biliyi üstünlükdür.
- Restoran sahəsində təcrübə olması üstünlükdür
İş barədə:
- İş rejimi: Həftə içi 6 gün
- Nahar şirkət tərəfindən verilir
- Əmək Haqqı 2000-2500 AZN
Tələblərə cavab verən namizədlər öz CV-lərini “İnsan Resursları üzrə Menecer” başlığı ilə elektron poçtuna göndərə bilərlər.