Improve Group Improve Group
  • 1.4K

Improve Group

Peşəkar xidmətlər

İşə Qəbul üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşə Qəbul üzrə Mütəxəssis

  • Deadline 4 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas Öhdəliklər:

  • Təcrübə proqramından məzun olan namizədlərin koordinasiya edilməsi;
  • Əmək bazarında olan cari vakansiyaların təhlili, tələblərinin müəyyənləşdirilməsi;
  • Namizədlərin CV-lərinin vakansiyanın tələblərinə uyğun olaraq tərtibatına nəzarət edilməsi; 
  • İlkin müsahibələrin keçirilməsi, namizədlərin peşə bacarıqları, iş təcrübəsi, motivasiyası və şirkət mədəniyyətinə uyğunluğunun obyektiv metodlarla qiymətləndirilməsi;
  • Namizədlərin səriştəliklərinin inkişaf etdirilməsi üçün tədbirlər planının hazırlanması və həyata keçirilməsi;
  • Müvafiq vakansiya üzrə namizədin müsahibə prosesinə hazırlanması və uyğun namizədlərin müştəri şirkətlərə yönləndirilməsi;
  • CV-lərin ilkin seçimi və tələblərə uyğun qruplaşdırılması;
  • Uyğun namizədlərin müsahibəyə dəvət edilməsi, səriştəlik əsaslı müsahibənin aparılması və qiymətləndirilməsi;
  • İşçi təminatı və məşğulluq göstəriciləri üzrə həftəlik/aylıq hesabatların hazırlanması;

Kvalifikasiya Tələbləri:

  • Təhsil: Müvafiq sahələr üzrə ali (bakalavriat) təhsil;
  • İş təcrübəsi: İşə qəbul sahəsində minimum 2 il təcrübə; 

Tələb olunan bilik və bacarıqlar:

  • İşə qəbul prosesinin idarə edilməsi bacarığı;
  • Səriştəlik əsaslı müsahibə aparma bacarığı;
  • Azərbaycan dili – səlis; rus və ya ingilis dillərindən birini bilməsi üstünlükdür;
  • MS Office, iş elan platformaları, LinkedIn Recruiter ilə işləmə bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Araşdırma bacarığı;
  • Təhlil etmə bacarığı;
  • Qərar vermə bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Kompüter bilikləri; 

Təklif Edirik:

  • Əmək haqqı: 800–1000 AZN (sabit) + hər uğurlu işçi təminatına görə bonus sistemi;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Gənc və peşəkar komanda ilə dinamik iş mühiti;
  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatı: 09:00 – 18:00.

Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.

Tələblərə uyğun olan namizədlər öz CV-lərini “İşə Qəbul üzrə Mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily110
  • Weekly555
  • Monthly555