Imza Group Imza Group
  • 272

Imza Group

Digər

İngilis dili müəllimi (hər iki bölmə üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İngilis dili müəllimi (hər iki bölmə üzrə)

  • Deadline 23 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

IMZA EDU komandamıza İngilis dili müəllimi axtarırıq. 

Vakansiya həm ümumi ingilis dili (General English), həm də məktəblilər üçün hazırlıq proqramları üzrə tədrisi əhatə edir.

Vəzifə öhdəlikləri:

  • 5–11-ci siniflər üzrə ingilis dili dərslərinin keçirilməsi;
  • Şagirdlərin imtahanlara və qiymətləndirmələrə hazırlanması;
  • Şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi və akademik hesabatların hazırlanması;
  • Tədris materiallarının, test tapşırıqlarının və dərs planlarının hazırlanması;
  • Şagirdlərin irəliləyişinə nəzarət və valideynlərə mütəmadi geribildirim;
  • Hər bir şagirdə fərdi yanaşmanın tətbiqi;
  • Tədris prosesində nizam-intizamın və motivasiyaedici mühitin qorunması.

Tələblər:

  • Müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
  • İngilis dilini yüksək səviyyədə bilmə (danışıq və yazı);
  • Minimum 1 il pedaqoji təcrübə (tədris mərkəzlərində, məktəblərdə və ya fərdi şəkildə);
  • Mövzuları aydın və strukturlaşdırılmış şəkildə izah etmək bacarığı;
  • Qrup və fərdi şəkildə, əyani və onlayn formatda işləmək bacarığı;
  • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmə bacarığı.

İş şəraiti:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əməkdaşlıq;
  • Rahat və müasir tədris mühiti;
  • Çevik iş qrafiki (razılaşma əsasında);
  • Stabil əməkhaqqı;
  • Peşəkar və karyera inkişafı imkanları.

Komandamıza qoşulun!

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin. Mövzu hissəsində tədris etdiyiniz fənni qeyd edin (İngilis dili müəllimi).

Əlaqə nömrəsi: +994 70 249 46 92

  • Daily0
  • Weekly504
  • Monthly1936