Vəzifə öhdəlikləri:
- Daxil olan zəngləri qəbul etmək. Şirkətin fəaliyyəti ilə bağlı müştərilərə ətraflı cavabların vermək və ya onları təyinatı üzrə istiqamətləndirmək;
- Gələn müştərilərin qarşılamaq, qeydiyyatını aparmaq və məlumatlandırmaq;
- Müştəriləri ehtiyaclarına uyğun olaraq müvafiq şəxslərə yönləndirmək;
- Mütəmadi olaraq Təşkilatın elektron ünvanına daxil olan məktubları təqib etmək, prioritetə görə qeydlərini aparmaq və lazımı ünvana yönəldirmək;
- Ofis ləvazimatları və avadanlıqlarının təchizatına nəzarət etmək və bu kimi digər inzibati işlərdə dəstək göstərmək;
- İşlə bağlı məlumatları və problemləri rəhbərliyə bildirmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilmək;
- Ödənişlərin qəbul etmək və cari xərclərin qeydə almaq;
- Müştərilərə məlumat verici zənglər etmək və məktublar göndərmək;
- İclasların, müvafiq tədbirlərin təşkili/təşkili prosesində iştirak etmək;
- Sinif otaqlarının cədvəlinin qurmaq və nəzarət etmək;
- Əməkdaşların müraciətlərinə uyğun müvafiq dəstəyi göstərmək
Namizədə tələblər:
- Ali təhsil;
- Azərbaycan və Rus dilində sərbəst danışmaq və yazmaq.
- Komandada işləmə bacarığı;
- İşgüzar, təşəbbüskar, gülərüz və problemləri həll etmək bacarığı;
- Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı;
- İşə planlı yanaşma, analitik düşünmə qabiliyyəti;
- Səliqəli, xoş görünüşlü və ünsiyyətcil;
- İşində məsuliyyətli, dürüst və dəqiq;
- Microsoft Office proqramları ilə işləmək bacarığı;
- İşgüzar münasibət etikası.
İş qrafiki:
- Həftə içi 4 gün – 09:00-18:00
- Şənbə günü – 09:00-18:00
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Receptionist- Office administrator” qeyd edərək CV formasını Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər növbəti mərhələdə iştirak üçün dəvət olunacaqlar.