I Inci Group Of Companies
  • 614

Inci Group Of Companies

Distribyutorlar

Nəşriyyat rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nəşriyyat rəhbəri

  • Deadline 21 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Naşir təfəkkürlü və nəşriyyat prosesi üzrə təcrübəli namizədlər üçün

  • Təhsil yönümlü nəşriyyatımıza naşir tipli, bu sahəyə dərin marağı və yanaşması olan rəhbər axtarırıq. Nəşriyyatımız məktəbəqədər və ümumtəhsil pillələri üzrə test kitabları və tərcümə nəşrləri ilə məşğuldur. Axtardığımız şəxs yalnız idarəçi deyil, eyni zamanda kontentə, dilə, məzmun keyfiyyətinə və bazar zövqünə bələd bir naşir olmalıdır.

Əsas məsuliyyətlər:

  • Nəşr olunacaq materialların seçimində strateji və məzmun baxımından liderlik etmək
  • Tərcümə, redaktə, korrektura, dizayn və çap proseslərinə nəzarət
  • Müəllif və redaktorlarla əməkdaşlıq qurmaq, yeni müəllifləri cəlb etmək
  • Tədris proqramlarına uyğun kontentin formalaşdırılması və nəşrə hazırlanması
  • Nəşrlərin keyfiyyət və oxunaqlılıq baxımından yoxlanılması
  • Rəqabətli bazar üçün yeni nəşr istiqamətlərini təklif etmək və idarə etmək
  • Komandanın idarə olunması və layihələrin vaxtında təhvil verilməsinə nəzarət
  • Nəşriyyatın brend və kontent vizionunun formalaşdırılması

Namizəddən gözləntilərimiz:

  • Naşirlik və ya kitab nəşri sahəsində ən azı 2 il iş təcrübəsi
  • Azərbaycan dili üzrə səlis redaktə və yazı bacarığı, rus və ingilis dili biliyi üstünlükdür
  • Nəşr prosesi üzrə (mətn hazırlığı, dizayn, çap, yayım) hərtərəfli bilik
  • Təhsil sahəsində kontentə maraq və zövq
  • Analitik düşüncə və planlama bacarığı
  • Detallara diqqət yetirən, estetik və məzmun balansına önəm verən yanaşma
  • Yaradıcı və təşəbbüskar komanda oyunçusu

Biz nə təklif edirik?

  • Məzmun və yaradıcılıq baxımından sərbəst, dinamik iş mühiti
  • Mövcud məhsulların inkişafı və yeni nəşrlər yaratmaq imkanı
  • Peşəkar komanda və dəstəkləyici idarəetmə
  • Rəqabətədavamlı əmək haqqı və inkişaf perspektivləri

Müraciət üçün:

  • Zəhmət olmasa CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərin.
  • Daily2
  • Weekly588
  • Monthly208