Inclo School Inclo School
  • 340

Bağça Fəaliyyəti üzrə Şöbə Müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bağça Fəaliyyəti üzrə Şöbə Müdiri

  • Deadline 25 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Bağça bölməsinin gündəlik fəaliyyətini planlaşdırmaq, təşkil etmək və icrasına nəzarət etmək;
  • Tabeliyində olan əməkdaşların iş bölgüsünü, davamiyyətini və əmək intizamını izləmək;
  • Uşaqların qəbulu, qeydiyyatı, davamiyyəti və valideynlərə təhvil verilməsi proseslərinin düzgün təşkilini təmin etmək;
  • Valideynlərin müraciətlərinin və şikayətlərinin operativ araşdırılmasını və həllini təşkil etmək;
  • Müəssisədə xidmət keyfiyyətinə, sanitariya-gigiyena və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Təsərrüfat, texniki təminat, mətbəx və digər inzibati xidmətlərin fəaliyyətini əlaqələndirmək;
  • Maddi-texniki ehtiyacları müəyyənləşdirmək və rəhbərliyə müvafiq təkliflər təqdim etmək;
  • Daxili nəzarət tədbirlərində iştirak etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;
  • Fəaliyyət göstəricilərini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq;
  • İş proseslərinin təkmilləşdirilməsi, resurslardan səmərəli istifadə və valideyn məmnuniyyətinin artırılması istiqamətində təşəbbüslər irəli sürmək.

Tələblər

  • Ali təhsil (təhsil, idarəetmə, biznesin idarə edilməsi və əlaqəli ixtisaslara üstünlük verilir);
  • Təhsil müəssisəsi, xidmət sektoru və ya inzibati idarəetmə sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Komanda idarəetməsi və iş proseslərinin təşkili bacarığı;
  • Güclü təşkilatçılıq, analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Valideynlərlə və əməkdaşlarla peşəkar ünsiyyət qurmaq bacarığı;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Problemləri vaxtında müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı;
  • Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmə mühitinə həssas və etik yanaşma.

Üstünlük hesab olunur

  • Məktəbəqədər təhsil müəssisəsində rəhbər və ya inzibati vəzifədə iş təcrübəsi;
  • Daxili nəzarət, hesabatlılıq və xidmət keyfiyyətinin idarə edilməsi sahəsində təcrübə;
  • İnklüziv təhsil mühiti haqqında məlumatlılıq;
  • Yeni yaradılan müəssisədə iş proseslərinin qurulması və təkmilləşdirilməsi təcrübəsi.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • Məşğulluq növü: Tam ştat
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək
  • 5 günlük iş həftəsi, saat 09:00–18:00;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək münasibətləri;
  • Müasir və peşəkar iş mühiti;
  • Multidissiplinar komanda ilə işləmək imkanı;
  • Müəssisənin idarəetmə proseslərinin formalaşdırılmasında iştirak;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Namizədin bilik və təcrübəsinə uyğun əməkhaqqı.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Bağça fəaliyyəti üzrə şöbə müdiri” qeyd etməklə göndərə bilərlər.

Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily30
  • Weekly313
  • Monthly1786