Sənaye avadanlıqları üzrə satış meneceri

  • Истекает 23 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Industrial Solutions Group MMC sənaye nasosları, kompressorlar, elektrik mühərrikləri, klapanlar və onların ehtiyat hissələrinin təchizatı ilə məşğul olan şirkətdir. Neft-qaz, kimya, metallurgiya və istehsalat sahəsində iri müəssisələrlə işləyirik. Komandamızı genişləndirmək üçün sənaye satışında təcrübəli əməkdaş axtarırıq.

Vəzifə öhdəlikləri

  • Mövcud müştərilərlə münasibətləri inkişaf etdirmək və yeni müştərilər cəlb etmək
  • Müştəri sorğularını (RFQ) qəbul etmək, texniki tələbləri dəqiqləşdirmək və kommersiya təklifləri hazırlamaq
  • Xarici istehsalçılar və tədarükçülərlə danışıqlar aparmaq, qiymət və texniki təkliflər almaq
  • Tenderlərdə iştirak prosesini idarə etmək
  • Müştəri görüşləri və şirkət təqdimatları keçirmək
  • Satış planını yerinə yetirmək və satış hesabatlarını aparmaq

Namizədə tələblər

  • Sənaye avadanlıqlarının satışı sahəsində ən azı 3 il iş təcrübəsi
  • Nasoslar, kompressorlar, elektrik mühərrikləri və ya digər texniki avadanlıqlar barədə yaxşı bilik
  • Texniki göstəriciləri oxumağı və texniki sənədlərlə işləməyi bacarmaq (data sheet, texniki şərtlər)
  • Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə bilmək
  • Danışıqlar aparmaq və münasibət qurmaq bacarığı, nəticəyə yönəlik iş tərzi

Üstünlüklər

  • Mühəndislik diplomu
  • Rus dilini bilmək
  • Neft-qaz və ya sənaye müəssisələri ilə iş təcrübəsi və müştəri bazası

Biz təklif edirik

  • Sabit maaş + satışdan bonus (məbləğ müsahibə zamanı razılaşdırılır)
  • Rəsmi əmək müqaviləsi
  • Tanınmış beynəlxalq brendlərlə iş imkanı
  • Peşəkar inkişaf və karyera artımı

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Ələsgər Qayıbov küç. 10Q, STN Business Centre
  • İş qrafiki: həftədə 5 gün, 09:00–18:00

CV-nizi "Satış meneceri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily0
  • Weekly292
  • Monthly1765