Industrial Solutions Group MMC sənaye nasosları, kompressorlar, elektrik mühərrikləri, klapanlar və onların ehtiyat hissələrinin təchizatı ilə məşğul olan şirkətdir. Neft-qaz, kimya, metallurgiya və istehsalat sahəsində iri müəssisələrlə işləyirik. Komandamızı genişləndirmək üçün sənaye satışında təcrübəli əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
- Mövcud müştərilərlə münasibətləri inkişaf etdirmək və yeni müştərilər cəlb etmək
- Müştəri sorğularını (RFQ) qəbul etmək, texniki tələbləri dəqiqləşdirmək və kommersiya təklifləri hazırlamaq
- Xarici istehsalçılar və tədarükçülərlə danışıqlar aparmaq, qiymət və texniki təkliflər almaq
- Tenderlərdə iştirak prosesini idarə etmək
- Müştəri görüşləri və şirkət təqdimatları keçirmək
- Satış planını yerinə yetirmək və satış hesabatlarını aparmaq
Namizədə tələblər
- Sənaye avadanlıqlarının satışı sahəsində ən azı 3 il iş təcrübəsi
- Nasoslar, kompressorlar, elektrik mühərrikləri və ya digər texniki avadanlıqlar barədə yaxşı bilik
- Texniki göstəriciləri oxumağı və texniki sənədlərlə işləməyi bacarmaq (data sheet, texniki şərtlər)
- Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə bilmək
- Danışıqlar aparmaq və münasibət qurmaq bacarığı, nəticəyə yönəlik iş tərzi
Üstünlüklər
- Mühəndislik diplomu
- Rus dilini bilmək
- Neft-qaz və ya sənaye müəssisələri ilə iş təcrübəsi və müştəri bazası
Biz təklif edirik
- Sabit maaş + satışdan bonus (məbləğ müsahibə zamanı razılaşdırılır)
- Rəsmi əmək müqaviləsi
- Tanınmış beynəlxalq brendlərlə iş imkanı
- Peşəkar inkişaf və karyera artımı
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Ələsgər Qayıbov küç. 10Q, STN Business Centre
- İş qrafiki: həftədə 5 gün, 09:00–18:00
CV-nizi "Satış meneceri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.