İş şəraiti
- Şöbə: SƏTƏMM və Sənaye üzrə Təlim Şöbəsi
- Əmək haqqı: 500 AZN GROSS
- İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00
- İstirahət günləri: Şənbə və bazar
- Ünvan: Bakı şəhəri, Qız Qalası yaxınlığı
Vəzifə öhdəlikləri
- Təlim iştirakçıları üzrə məlumatların toplanması və yoxlanılması;
- Təlim nəticələrinə əsasən sertifikatların hazırlanması;
- Sertifikatlarda iştirakçıların ad, soyad, təlim adı, tarix və digər məlumatlarının düzgün qeyd olunmasına nəzarət;
- Sertifikatların çap və elektron formada hazırlanması;
- Hazırlanmış sertifikatların sistemləşdirilməsi və qeydiyyatının aparılması;
- Sertifikatların elektron və fiziki arxivinin təşkili;
- Sertifikatlarla bağlı məlumat bazasının mütəmadi yenilənməsi;
- Sertifikatlarda aşkar olunan uyğunsuzluqların müəyyən edilməsi, düzəldilməsi və yenilənmiş sənədlərin hazırlanması;
- Təlim və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
- Sertifikatların vaxtında hazırlanması və təqdim olunmasına nəzarət;
- Sertifikatlaşdırma prosesi üzrə hesabat və siyahıların hazırlanması;
- Zəruri hallarda təlim iştirakçıları ilə sertifikatlarla bağlı kommunikasiya.
Namizədə tələblər
- Ali təhsil;
- Sənədləşmə və administrativ işlər üzrə iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə Excel və Word proqramlarında yaxşı işləmək bacarığı;
- Məlumatlarla işləmək və məlumatların düzgünlüyünü yoxlamaq bacarığı;
- Səliqəli və sistemli işləmə bacarığı;
- Detallara yüksək diqqət;
- Məsuliyyətlilik və operativlik;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı.
Əsas tələb olunan bacarıqlar
- Excel | Word | Sənədləşmə | Məlumatların yoxlanılması | Hesabatların hazırlanması | Diqqətlilik | Vaxtın idarə edilməsi | Komanda işi
Sınaq müddəti
- Namizəd üçün 2 həftəlik sınaq müddəti nəzərdə tutulur.
- Sınaq müddəti ərzində namizədin işə uyğunluğu, məsuliyyəti, diqqətliliyi, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməsi, həmçinin ümumi iş performansı qiymətləndiriləcək.
- Sınaq müddətinin nəticələrinə əsasən namizəd işə uyğun hesab olunduğu təqdirdə əməkdaş
olaraq işə qəbul ediləcək.
Vakansiyanın tələblərinə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Sertifikatların hazırlanması üzrə mütəxəssis” qeyd etməlidirlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.