Industrial Support and Training Services Industrial Support and Training Services
  • 215

Industrial Support and Training Services

Education , Training & Professional Development

Sertifikatların hazırlanması üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sertifikatların hazırlanması üzrə mütəxəssis

  • Deadline 5 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • Şöbə: SƏTƏMM və Sənaye üzrə Təlim Şöbəsi
  • Əmək haqqı: 500 AZN GROSS
  • İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00
  • İstirahət günləri: Şənbə və bazar
  • Ünvan: Bakı şəhəri, Qız Qalası yaxınlığı

Vəzifə öhdəlikləri

  • Təlim iştirakçıları üzrə məlumatların toplanması və yoxlanılması;
  • Təlim nəticələrinə əsasən sertifikatların hazırlanması;
  • Sertifikatlarda iştirakçıların ad, soyad, təlim adı, tarix və digər məlumatlarının düzgün qeyd olunmasına nəzarət;
  • Sertifikatların çap və elektron formada hazırlanması;
  • Hazırlanmış sertifikatların sistemləşdirilməsi və qeydiyyatının aparılması;
  • Sertifikatların elektron və fiziki arxivinin təşkili;
  • Sertifikatlarla bağlı məlumat bazasının mütəmadi yenilənməsi;
  • Sertifikatlarda aşkar olunan uyğunsuzluqların müəyyən edilməsi, düzəldilməsi və yenilənmiş sənədlərin hazırlanması;
  • Təlim və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
  • Sertifikatların vaxtında hazırlanması və təqdim olunmasına nəzarət;
  • Sertifikatlaşdırma prosesi üzrə hesabat və siyahıların hazırlanması;
  • Zəruri hallarda təlim iştirakçıları ilə sertifikatlarla bağlı kommunikasiya.

Namizədə tələblər

  • Ali təhsil;
  • Sənədləşmə və administrativ işlər üzrə iş təcrübəsi;
  • MS Office proqramlarında, xüsusilə Excel və Word proqramlarında yaxşı işləmək bacarığı;
  • Məlumatlarla işləmək və məlumatların düzgünlüyünü yoxlamaq bacarığı;
  • Səliqəli və sistemli işləmə bacarığı;
  • Detallara yüksək diqqət;
  • Məsuliyyətlilik və operativlik;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı.

Əsas tələb olunan bacarıqlar

  • Excel | Word | Sənədləşmə | Məlumatların yoxlanılması | Hesabatların hazırlanması | Diqqətlilik | Vaxtın idarə edilməsi | Komanda işi

Sınaq müddəti

  • Namizəd üçün 2 həftəlik sınaq müddəti nəzərdə tutulur.
  • Sınaq müddəti ərzində namizədin işə uyğunluğu, məsuliyyəti, diqqətliliyi, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməsi, həmçinin ümumi iş performansı qiymətləndiriləcək.
  • Sınaq müddətinin nəticələrinə əsasən namizəd işə uyğun hesab olunduğu təqdirdə əməkdaş

olaraq işə qəbul ediləcək.

Vakansiyanın tələblərinə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Sertifikatların hazırlanması üzrə mütəxəssis” qeyd etməlidirlər.

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily37
  • Weekly156
  • Monthly407