Industrial Support and Training Services Industrial Support and Training Services
  • 166

Təlim üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təlim üzrə mütəxəssis

  • Истекает 17 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şöbə: Dənizçilərin ilkin hazırlığı üzrə təlim şöbəsi

“INDUSTRIAL SUPPORT AND TRAINING SERVICES ƏLAVƏ TƏHSİL MƏRKƏZİ” MMC Dənizçilərin ilkin hazırlığı üzrə təlim şöbəsinə Təlim üzrə mütəxəssis vəzifəsi üzrə əməkdaş axtarır.

Vəzifə öhdəlikləri

  • Dənizçilərin ilkin hazırlığı üzrə keçirilən təlimlərin planlaşdırılması və təşkilində iştirak etmək;
  • Təlimlərin müəyyən edilmiş qrafik üzrə vaxtında və düzgün təşkilini təmin etmək;
  • Təlim üçün müraciət edən fiziki şəxslərin qəbulunu və qeydiyyatını həyata keçirmək;
  • Müraciət edən şəxslərə mövcud təlim proqramları, təlim müddəti, iştirak şərtləri və digər zəruri məsələlər barədə ətraflı məlumat vermək;
  • Fiziki şəxslər üçün təlim müqavilələrini hazırlamaq və müvafiq sənədləşmə işlərini həyata keçirmək;
  • Təlim iştirakçılarının məlumatlarını qeydiyyata almaq və təqdim edilən sənədlərin düzgünlüyünü yoxlamaq;
  • Təlimlərlə bağlı daxil olan müraciətləri operativ şəkildə cavablandırmaq;
  • Təlim iştirakçıları ilə mütəmadi kommunikasiya saxlamaq və onları təlim prosesi, tarixlər və digər təşkilati məsələlər barədə məlumatlandırmaq;
  • Təlimlərin təşkili ilə əlaqədar tələb olunan sənədləri hazırlamaq, sistemləşdirmək və qeydiyyatını aparmaq;
  • Təlim qrafiklərinin hazırlanması və yenilənməsində iştirak etmək;
  • Şöbənin gündəlik inzibati və təşkilati işlərini həyata keçirmək;
  • Rəhbərlik tərəfindən vəzifə çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Rus dili biliyi mütləqdir;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Sənədlərlə işləmək və müqavilələrin hazırlanması üzrə bacarıq;
  • Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • İşlərin düzgün planlaşdırılması və təşkil edilməsi bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Müraciət edən şəxslərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı;
  • Eyni zamanda bir neçə işi idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.

İş şəraiti

  • Əmək haqqı: 700 AZN NET;
  • İş qrafiki: Həftənin 5 günü;
  • İş saatları: 09:00–18:00;
  • İstirahət günləri: Şənbə və bazar;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Stabil və peşəkar iş mühiti;
  • Dənizçilik və təlim sahəsində praktiki təcrübə qazanmaq imkanı;
  • İş yeri Bakı şəhərinin mərkəzində, Qız Qalasının yaxınlığında yerləşir.

Vakansiyanın tələblərinə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Təlim üzrə mütəxəssis” qeyd etməlidirlər.

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly232
  • Monthly1416