Şöbə: Dənizçilərin ilkin hazırlığı üzrə təlim şöbəsi
“INDUSTRIAL SUPPORT AND TRAINING SERVICES ƏLAVƏ TƏHSİL MƏRKƏZİ” MMC Dənizçilərin ilkin hazırlığı üzrə təlim şöbəsinə Təlim üzrə mütəxəssis vəzifəsi üzrə əməkdaş axtarır.
Vəzifə öhdəlikləri
- Dənizçilərin ilkin hazırlığı üzrə keçirilən təlimlərin planlaşdırılması və təşkilində iştirak etmək;
- Təlimlərin müəyyən edilmiş qrafik üzrə vaxtında və düzgün təşkilini təmin etmək;
- Təlim üçün müraciət edən fiziki şəxslərin qəbulunu və qeydiyyatını həyata keçirmək;
- Müraciət edən şəxslərə mövcud təlim proqramları, təlim müddəti, iştirak şərtləri və digər zəruri məsələlər barədə ətraflı məlumat vermək;
- Fiziki şəxslər üçün təlim müqavilələrini hazırlamaq və müvafiq sənədləşmə işlərini həyata keçirmək;
- Təlim iştirakçılarının məlumatlarını qeydiyyata almaq və təqdim edilən sənədlərin düzgünlüyünü yoxlamaq;
- Təlimlərlə bağlı daxil olan müraciətləri operativ şəkildə cavablandırmaq;
- Təlim iştirakçıları ilə mütəmadi kommunikasiya saxlamaq və onları təlim prosesi, tarixlər və digər təşkilati məsələlər barədə məlumatlandırmaq;
- Təlimlərin təşkili ilə əlaqədar tələb olunan sənədləri hazırlamaq, sistemləşdirmək və qeydiyyatını aparmaq;
- Təlim qrafiklərinin hazırlanması və yenilənməsində iştirak etmək;
- Şöbənin gündəlik inzibati və təşkilati işlərini həyata keçirmək;
- Rəhbərlik tərəfindən vəzifə çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Rus dili biliyi mütləqdir;
- MS Office proqramlarında işləmək bacarığı;
- Sənədlərlə işləmək və müqavilələrin hazırlanması üzrə bacarıq;
- Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- İşlərin düzgün planlaşdırılması və təşkil edilməsi bacarığı;
- Komandada işləmək bacarığı;
- Müraciət edən şəxslərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı;
- Eyni zamanda bir neçə işi idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.
İş şəraiti
- Əmək haqqı: 700 AZN NET;
- İş qrafiki: Həftənin 5 günü;
- İş saatları: 09:00–18:00;
- İstirahət günləri: Şənbə və bazar;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Stabil və peşəkar iş mühiti;
- Dənizçilik və təlim sahəsində praktiki təcrübə qazanmaq imkanı;
- İş yeri Bakı şəhərinin mərkəzində, Qız Qalasının yaxınlığında yerləşir.
Vakansiyanın tələblərinə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Təlim üzrə mütəxəssis” qeyd etməlidirlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.