Ineo Group Azərbaycanda Jacadi Paris, Yves Rocher və Mayoral kimi Avropa brendlərinin rəsmi və eksklüziv nümayəndəsidir.
Hazırda şirkətimizdə 1C sisteminin effektiv idarə olunması, uçot və əməliyyat proseslərinin düzgün qurulması, məlumatların dəqiqliyinin təmin edilməsi və sistem üzrə yaranan problemlərin operativ həlli üçün 1C operator/Helpdesk vəzifəsi üzrə namizəd axtarırıq.
Əsas vəzifələr:
- Helpdesk dəstəyi — mağaza işçilərinin texniki müraciətlərini qəbul edib həll etmək; satış, transfer və sənəd problemlərini operativ aradan qaldırmaq
- 1C sistem idarəetməsi — nomenklatura yaratmaq/korreksiya etmək, alış/pərakəndə qiymətlər ilə işləmək, aksiyalar qurmaq, inventarizasiyanı faktiki stoka uyğunlaşdırmaq
- Sənəd əməliyyatları — sifariş, gəliş, invoys, sənəd yenidənkeçirmə (перепроведение); komplektləşdirmə və dekomplektləşdirmə ilə işləmək
- İstifadəçi idarəetməsi — yeni istifadəçi yaratmaq, rol və hüquqları paylamaq, parametrləri konfiqurasiya etmək; məlumat müdafiəsini (hüquqlar, xarici müdaxilənin kontrolu) təmin etmək
- Loyallıq kartı proqramı — kart proqramını idarə etmək, problemləri həll etmək, sistemin funksionallığını inkişaf etdirmək
- Hesabat və analitika — universal hesabat qurmaq, hesabat formalarını konfiqurasiya etmək, analitik baxışlar hazırlamaq, icra edilmiş işlər üzrə hesabat təqdim etmək
- Test və inkişaf — yeni funksionalı test etmək, xətaları aşkar edib düzəltmək, istifadəçilər üçün təlimat hazırlamaq və konsultasiya keçirmək
Tələblər
- Təcrübə: texniki dəstək, IT helpdesk və ya sistem administratoru sahəsində ən azı 1 il iş təcrübəsi
- 1C bilikləri: 1C:Pərakəndə, 1C:Mühasibat platformasını bilmək; nomenklatura, qiymətlər, istifadəçi hüquqları, inventarizasiya ilə iş bacarığı
- Excel: orta-yüksək səviyyə — pivot cədvəl, VLOOKUP/XLOOKUP, filtr, hesabat hazırlamaq
- Texniki düşüncə: problemi addım-addım analiz etmək, kök səbəbini tapmaq, sistematik həll tətbiq etmək bacarığı
- Kommunikasiya: Azərbaycan və Rus dillərini sərbəst bilmək; texniki məsələləri sadə dillə izah etmək bacarığı
- Stressə davamlılıq: çoxlu müraciəti eyni vaxtda idarə etmək, prioritetləşdirmək, operativ cavab vermək
- Üstünlük sayılır: retail/pərakəndə sahəsindəki iş təcrübəsi, texniki tapşırıq (TZ) yazma bacarığı, İngilis dili
Biz nə təklif edirik
- Stabil və inkişaf etməkdə olan şirkətdə çalışma imkanı
- Beynəlxalq brendlərlə iş təcrübəsi
- Karyera inkişafı və öyrənmə imkanları
- 1C və retail prosesləri üzrə praktiki inkişaf imkanı
- Dinamik və maraqlı iş mühiti
- Yeni ideya və təşəbbüslərə açıq idarəetmə yanaşması
İş şəraiti
- İş qrafiki: 6/1, növbəli iş qrafiki, 09:00-dan 16:00-dək, 16:00-dan 22:00-dək
- Əmək haqqı: 600-800 Azn aralığı, müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir.
Maraqlanan namizədlərdən mövzu sətrində “1C operator/Helpdesk” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.