Aparıcı mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühasib

  • Deadline 24 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ineo Group şirkəti Aparıcı mühasib vakansiyası üzrə namizəd dəvət olunur.

Vəzifə öhdəlikləri:

  • Aylıq kreditor kreditorlar üzrə məlumatların  hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Dövriyyə balans cədvəli (DBC) üzərindən bütün mühasibat hesablarının düzgünlüyünün yoxlanılması və analiz olunması;
  • 1C sistem üzrə ay sonu bağlanılması. Gəlir və xərclərin müvafiq qaydada uçota alınmasına nəzarət və yoxlama tədbirlərinin həyata keçirilməsi;
  • Ay sonu bağlanışı prosesində bütün maliyyə əməliyyatlarının düzgünlüyünün yoxlanılması və rəhbərliyə təqdim edilməsi;
  • Vergi, maliyyə və idarəetmə uçotunun dəqiq və tam şəkildə təşkili və aparılması;
  • Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi, ÖMV, DSMF, Statistika və s.) hazırlanması və təqdim edilməsi;
  • Bank köçürmələrinin düzgünlüyünə və vaxtında icrasına nəzarətin həyata keçirilməsi;
  • Zərurət yarandıqda bank qurumlarına aidiyyəti hesabatların təqdim olunmasının təmin edilməsi;
  • Kassa, POS-terminal və obyektlərin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması proseslərinin idarə olunması;
  • Maliyyə öhdəliklərinin vaxtında icrası məqsədilə ödəniş planlamasında fəal iştirak;
  • Yerli kreditorlar üzrə müvafiq məlumatların 1C sisteminə daxil olunması və uçotda əks etdirilməsinə nəzarət;
  • Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Namizəd üçün tələblər:

  • Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur (satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir);
  • PMS sertifikatı arzu olunandır;
  • Azərbaycan Respublikasının Vergi və Əmək Məcəlləsi üzrə biliklər;
  • 1C, BTP (Vergi portalı), DSMF və Statistika portalları ilə işləmə bacarığı;
  • Excel və digər MS Office proqramlarında yüksək səviyyədə bilik;
  • Hesabatlılıq və detala diqqət bacarığı, yüksək analitik düşüncə;
  • Məsuliyyətlilik, dürüstlük və məxfiliyə ciddi riayət;
  • Komanda işi və liderlik bacarıqları;
  • Dillər: Azərbaycan dili (səlis), Rus dili (arzu olunandır).

İş qrafiki: 08:00-17:00, 5/7

Əmək haqqı: Əmək haqqı namizədin müsahibə zamanı nümayiş etdirdiyi bilik və bacarıqlara uyğun olaraq müəyyən ediləcək.

Müraciət üçün:

  • Maraqlanan namizədlərdən mövzu sətrində “Aparıcı mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.
  • Daily13
  • Weekly576
  • Monthly2289