Brand Manager (Yves Rocher)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Brand Manager (Yves Rocher)

  • Deadline 1 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ineo Group Azərbaycanda Jacadi Paris, Yves Rocher və Mayoral kimi Avropa brendlərinin rəsmi və eksklüziv nümayəndəsidir. Hazırda biz brendin kommersiya nəticələrinə tam məsuliyyət daşıyacaq Brand Manager axtarırıq. Bu rol marketinqdən ibarət deyil. Bu rol — satış, stok, qiymət və kampaniyalar üzərindən real biznes idarəçiliyidir.

Vəzifə öhdəlikləri:

Kommersiya və Kateqoriya İdarəçiliyi:

  • Brend üzrə satış nəticələrinin idarə olunması (skincare, fragrance, body, haircare);
  • Məhsul çeşidinin, setlərin və aksessuarların planlanması;
  • Qiymət siyasətinin formalaşdırılması və marjanın nəzarətdə saxlanılması.

Stok və Təchizat İdarəçiliyi:

  • Stokların gündəlik monitorinqi və optimal bölüşdürülməsi;
  • Mağazalararası transferlərin effektiv idarə olunması;
  • Köhnəlmiş və ya dövriyyəsi zəif məhsullar üzrə tədbirlərin görülməsi;
  • Sifarişlərin, büdcənin və təchizat planının düzgün qurulması.

Kampaniyalar və Satış Artımı:

  • Aylıq kampaniyaların hazırlanması (endirimlər, bundle, hədiyyə mexanikaları);
  • Kampaniyaların kommersiya effektivliyinin təmin edilməsi;
  • Nəticələrin analizi və optimallaşdırma.

Analitika və Proqnozlaşdırma:

  • Satış, stok dövriyyəsi və məhsul performansının təhlili;
  • Tələbatın proqnozlaşdırılması;
  • Rəhbərlik və partnyorlar üçün hesabatların hazırlanması.

İcra və Koordinasiya:

  • Mağaza komandaları ilə həftəlik iş;
  • Kampaniyaların mağazalarda düzgün icrasına nəzarət;
  • 1C sistemində məlumatların düzgün idarə olunması.

Partnyorlarla İş:

  • Xarici brend tərəfdaşları ilə kommunikasiya;
  • Strukturlaşdırılmış biznes hesabatlarının təqdim edilməsi.

Namizəd üçün tələblər:

  • Pərakəndə satış sahəsində minimum 5 il təcrübə (kosmetika/FMCG üstünlükdür);
  • Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
  • Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə;
  • 1C proqramı ilə işləmə bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət.

Uğur göstəriciləri:

  • Satışların davamlı artımı
  • Balanslı stok (overstock və stockout olmadan)
  • Effektiv kampaniyalar (satış + marja)
  • Aydın və strukturlaşdırılmış hesabatlılıq

İş şəraiti:

  • İş qrafiki: 5/2, 08:00-17:00 
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsi, o cümlədən bazar qiymətlərinə uyğun şəkildə qarşılıqlı razılaşdırılacaqdır + KPİ

Müraciət üçün:

Maraqlanan namizədlərdən mövzu sətrində “Brand manager” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına CV göndərmələri tələb olunur.

  • Daily0
  • Weekly297
  • Monthly122