Ineo Group Azərbaycanda Jacadi Paris, Yves Rocher və Mayoral kimi Avropa brendlərinin rəsmi və eksklüziv nümayəndəsidir.
Hazırda biz şirkətin maliyyə əməliyyatlarının düzgün idarə olunmasına, kassa vəsaitlərinin uçotuna və maliyyə intizamının təmin edilməsinə cavabdeh olacaq Mühasib axtarırıq.
Vəzifə öhdəlikləri:
- Nağd pul vəsaitlərinin bank hesablarına daxil edilməsi, qəbulu, təhvili və təyinatı üzrə istifadəsinin təmin edilməsi
- Kassaya mədaxil və məxaric əməliyyatlarının aparılması
- Kassa kitabının düzgün tərtibi və pul vəsaitlərinin təhlükəsiz saxlanılması
- Gündəlik nağd əməliyyatların icrası
- Satış çeklərinin gündəlik yoxlanılması
- Müqavilələrin, aktların, QRP, e-qaimə, digər sənədlərin hazırlanması və yoxlanılması
- İnkassasiya əsasında pul vəsaitlərinin hərəkətinə nəzarət
- Mağazalararası pul vəsaitlərinin yerdəyişməsinin təşkili
- Nağd pul vəsaitləri ilə bağlı bütün əməliyyatların qanunvericiliyə uyğun sənədləşdirilməsi
- Debitor və kreditorlarla üzləşmələrin aparılması
- Nağd əməliyyatların 1C proqramında işlənməsi
- Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabatların hazırlanması
Namizədə tələblər:
- İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil
- 23–35 yaş aralığında xanım və ya bəy namizəd
- Xəzinə sahəsində minimum 5 il iş təcrübəsi (şəbəkə mağazaları sahəsində üstünlükdür)
- Azərbaycan dili – səlis
- Rus dili – səlis
- İngilis dili – orta səviyyə
- Word, Excel, Outlook, 1C proqramlarında işləmək bacarığı
- Müvafiq qanunvericilik bilikləri
- Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı
İş şəraiti
- İş qrafiki: 5/2, 08:00-17:00
- Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq müsahibə əsasında təyin olunacaqdır.
Maraqlanan namizədlərdən mövzu sətrində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.