Təftiş/Mal Material üzrə Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təftiş/Mal Material üzrə Mühasib

  • Deadline 29 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Müvafiq sənəd əsasında anbara mədaxil olunan mal-materialların maya dəyərinin formalaşdırılması;
  •  Maqazalardakı mal qalığı sayımlara nəzarət etmək (sayımda iştirak edərək) uyğunsuzluqlar yaranarsa muvafiq tapşırıqlar vermək aradan qaldırmaq və sənədləşdirmək;
  • 1 C proqram təminatında malların maya dəyərini yoxlamaq və hər ayın sonu mal qalığı barədə hesabatın Baş mühasibə təqdim etmək;
  • 1 C proqram təminatına malların mağaza anbarlar arası yerdəyişmə əməliyatlarını aparmaq və sənədləşdirməni təmin etmək;
  • Əsas vəsaitlərin qalıqlarına nəzarət olunması mağazalar arası yerdəyişmələrin və məlumatların düzgünlüyünu 1 C proqram təminatında təmin etmək;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası haqqında hesabat təqdim edilməsi;
  • Mal- materialların silinməsinin   uçotu;
  • Mal- material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında 1C sistemində  əks etdirilməsini təmin etmək;
  • Sənədlərin müvafiq formada təqdim olunmasına nəzarət etmək və uyğun qaydada arxivləşdirmək.

Namizəd üçün tələblər:

  • Təhsil: İqtisadiyyat sahəsi üzrə minimum bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: vəzifə sahəsində 1 il (mağazaların təftiş sahəsində olanlara üstünlük verilir);
  • Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (arzu olunandır);
  • Kompüter bilikləri: Word, Excel, Outlook, 1C;
  • İnternet bankinglə və 1C sistemində iş təcrübəsi;
  • Nağd pul vəsaitlərinin hərəkəti barədə lazımi qanunları bilmək.

İş qrafiki: 08:00-17:00, 5/2

Əmək haqqı: Əmək haqqı namizədin müsahibə zamanı nümayiş etdirdiyi bilik və bacarıqlara uyğun olaraq müəyyən ediləcək.

Müraciət üçün:

Maraqlanan namizədlərdən mövzu sətrində “Mal material üzrə mühasib” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.

  • Daily47
  • Weekly47
  • Monthly47