Namizədlərə dair tələblər:
- İqtisadiyyat, telekommunikasiya, və ya əlaqəli sahədə ali təhsil;
- Dövlət və ya ictimai idarəetmə üzrə magistr təhsili arzu olunandır;
- Dövlət qurumlarında, beynəlxalq konsultasiya şirkətlərində, beynəlxalq təşkilatlatlarda və ya akademik institutlarda müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- MS Office proqramlarından mükəmməl istifadə;
- İngilis dili və rus dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları arzuolunandır;
Vəzifə funksiyaları:
- Dövlət qurumları, özəl sektor, inkişaf institutları və digər maraqlı tərəflərlə dialoqun aparılmasında aktiv töhfə vermək;
- Telekommunikasiya sənayesinin müxtəlif layihə və proqramlarının hazırlanması və inkişaf etdirilməsində, o cümlədən strateji təşəbbüslərin hazırlanmasında iştirak etmək;
- Rəqabət və innovasiyaların təşviqi məqsədilə siyasət və tənzimləmə məsələləri üzrə texniki ekspertiza və analitik məlumat təqdim etmək, təhlillər aparmaq və tövsiyələr hazırlamaq;
- İKT və innovasiyalar sahəsində dövri qlobal, regional və milli səviyyəli perspektiv və proqnoz hesabatlarının hazırlanmasında iştirak etmək;
- Ölkədə İKT-nin inkişaf səviyyəsinin (keyfiyyət və kəmiyyət göstəriciləri üzrə) qiymətləndirilməsi üçün yeni və mövcud çərçivələrin işlənib hazırlanmasına dəstək vermək;
Texniki bacarıqlar:
- Mobil şəbəkələr, sabit rabitə infrastrukturu (fiber optik, mis kabellər), simsiz texnologiyalar üzrə nəzəri biliklər – Orta səviyyədə;
- Data Analytics və Big Data texnologiyaları - Orta səviyyədə;
- Internet of Things (IoT) və Süni intellekt – Orta səviyyədə;
- Cloud Computing – Orta səviyyədə;
- Kibertəhlükəsizlik – Orta səviyyədə;
Digər bacarıqlar:
- Əməkdaşlıq;
- Məsuliyyətlilik;
- Təkmilləşməyə meyillilik;
- İKT sənayesi, tənzimləmə prinsipləri və innovasiya ekosistemi haqqında dərin biliklər- yüksək səviyyədə;
- Strateji təhlil, siyasət hazırlama və layihə idarəetmə bacarıqları – Yüksək səviyyədə;
- Güclü analitik düşünmə, problemləri həll etmə və hesabat hazırlama qabiliyyəti – Yüksək səviyyədə;
- Beynəlxalq təşkilatlarla və ya xarici tərəfdaşlarla iş təcrübəsi – Yüksək səviyyədə;
- Müxtəlif maraqlı tərəflərlə effektiv ünsiyyət qurma və təqdimat bacarıqları – Yüksək səviyyədə;
Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və (və ya) şifahi müsahibədən ibarət olmaqla keçirilə bilər. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan linkə keçid edərək müraciət edə bilərlər.