Ümumi vəzifə öhdəlikləri:
- Mövcud infrastruktur üzrə texniki sorğuların icrası və proseslərin optimallaşdırılması;
- Linux sistemlərində çıxan çətinliklərin qısa müddətdə aradan qaldırılması;
- Continuous Integration və Continuous Delivery metodologiyalarının tətbiqi;
- Avtomatlaşdırılmanın proqramatik tətbiqi.
- Linux əməliyyat sistemləri mükəmməl səviyyədə
- Məlumat bazalarının idarə olunması üzrə baza bilikləri
- Avtomatlaşdırma tool-ları: Ansible, Jenkins
- Şəbəkə sistemləri üzrə baza bilikləri
- Kubernetes clusterlərinin idarə olunması
- Monitorinq vasitələri: Prometheus/Grafana, Sentry, ELK stack
- Python və ya Golang proqramlaşdırma dili üzrə təcrübə
- Konteynerləşdirmə və Docker texnologiyaları
- Gitlab CI/CDT
- Terraform üzrə baza bilikləri arzuolunandır
- Virtualizasiya tool-ları ilə iş bacarığı
Namizədə qarşı tələblər:
- Ali təhsilli (Sahə üzrə ali təhsilin olması arzuolunandır)
- Müvafiq sahədə minimum 2 il təcrübə
- Dil bilikləri: Azərbaycan dili, ingilis dili (orta səviyyə)
- Məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq
- Analitik düşünmək və problem həll etmək bacarığı
- Komanda ilə işləmək bacarığı
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd edilən elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Devops developer”şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.