Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi “Frontend developer” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Mövcud veb layihələrin inkişaf etdirilməsi;
- Komanda ilə əməkdaşlıq çərçivəsində veb layihələr üzərində işləmək;
- Müxtəlif layihələr üzrə verilmiş tapşırıqları layihə meneceri ilə sıx əməkdaşlıq edərək vaxtında yerinə yetirmək;
- Layihələrin planlanması, hazırlanması, yerləşdirilməsi (deploy) və dəstəklənməsi;
- Yeni texnologiyaların araşdırılması və tətbiqi;
- Mənbə kodlarının təhlili və ehtiyaca uyğun dəyişikliklərin icrası;
- Unit və inteqrasiya testlərinin yazılması, gündəlik proseslər üçün avtomatlaşdırma alətlərinin hazırlanması;
- Keyfiyyətli və effektiv kod yazmaq və sənədləşdirmək;
- Riskləri və səmərəsiz həll yollarını müəyyən edib təkliflər vermək;
- Məlumat strukturlarını anlamaq və alqoritmlər hazırlamaq bacarığı.
Namizədə dair tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları sahəsində olması üstünlükdür);
- Minimum 2 il iş təcrübəsi (production mühitinə çıxarılmış məhsul üzərində);
Aşağıdakı texnologiyalarda bilik və təcrübə:
- React.js, Cycle.js, Vue.js
- HTML, CSS, JavaScript, Tailwind CSS, Bootstrap
- Git, NPM, Gulp, jQuery
- Alqoritm qurmaq bacarığı və yüksək debugging qabiliyyəti;
- Yeni texnologiyaları sürətlə öyrənmək həvəsi.
Arzu olunan tələblər:
- HTML5 canvas bazlı grafika API'ları biliyi;
- Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
- Agile metodologiyaları biliyi;
- CI/CD proseslərinin qurulması təcrübəsi;
- Avtomatlaşdırılmış testlər yazma bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Frontend Developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.