İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi
  • 1.1K
İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi

Government

Frontend developer

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Frontend developer

  • Истекает 1 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi “Frontend developer” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Mövcud veb layihələrin inkişaf etdirilməsi;
  • Komanda ilə əməkdaşlıq çərçivəsində veb layihələr üzərində işləmək;
  • Müxtəlif layihələr üzrə verilmiş tapşırıqları layihə meneceri ilə sıx əməkdaşlıq edərək vaxtında yerinə yetirmək;
  • Layihələrin planlanması, hazırlanması, yerləşdirilməsi (deploy) və dəstəklənməsi;
  • Yeni texnologiyaların araşdırılması və tətbiqi;
  • Mənbə kodlarının təhlili və ehtiyaca uyğun dəyişikliklərin icrası;
  • Unit və inteqrasiya testlərinin yazılması, gündəlik proseslər üçün avtomatlaşdırma alətlərinin hazırlanması;
  • Keyfiyyətli və effektiv kod yazmaq və sənədləşdirmək;
  • Riskləri və səmərəsiz həll yollarını müəyyən edib təkliflər vermək;
  • Məlumat strukturlarını anlamaq və alqoritmlər hazırlamaq bacarığı.

Namizədə dair tələblər:

  • Ali təhsil (İnformasiya texnologiyaları sahəsində olması üstünlükdür);
  • Minimum 2 il iş təcrübəsi (production mühitinə çıxarılmış məhsul üzərində);

Aşağıdakı texnologiyalarda bilik və təcrübə:

  • React.js, Cycle.js, Vue.js
  • HTML, CSS, JavaScript, Tailwind CSS, Bootstrap
  • Git, NPM, Gulp, jQuery
  • Alqoritm qurmaq bacarığı və yüksək debugging qabiliyyəti;
  • Yeni texnologiyaları sürətlə öyrənmək həvəsi.

Arzu olunan tələblər:

  • HTML5 canvas bazlı grafika API'ları biliyi;
  • Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
  • Agile metodologiyaları biliyi;
  • CI/CD proseslərinin qurulması təcrübəsi;
  • Avtomatlaşdırılmış testlər yazma bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Frontend Developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily54
  • Weekly54
  • Monthly608