Vəzifə öhdəlikləri:
- Layihə resurslarının (komanda və maddi resurslar) müəyyənləşdirilməsi;
- Layihə tələblərinin müəyyən edilməsi, razılaşdırılması və layihənin başladılması;
- Sifarişçi ilə periodik görüşlərin keçirilməsi;
- Layihə büdcəsinin qiymətləndirilməsi və hazırlanması;
- Layihənin hər mərhələsində layihə qrupuna rəhbərlik etmək;
- Layihə planlarının hazırlanması, idarə edilməsi, risklərin müəyyənləşdirilməsi, aradan qaldırılması və icraya nəzarət;
- İcrada olan layihələr üzrə hesabatlılığın təmin edilməsi;
- Layihələrin təhvil-təslim prosedurlarının hazırlanması və sənədləşdirilərək yekunlaşdırılması;
- Layihə komandasının qiymətləndirilməsi;
- İnformasiya sistemlərinin funksional test və təlim sənədlərini qaydalara uyğun tərtib etmək;
- İnformasiya sistemlərinin funksional testini (front-end və back-end) təşkil etmək;
Tələblər:
- Ali təhsil (İT sahəsində təhsilə üstünlük verilir);
- İş təcrübəsi: Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikat (PMP, İPMA və s);
- Waterfall və Agile kimi layihə idarəetmə yanaşmalarını yaxşı başa düşmək;
- Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (texniki) | Rus dili arzuolunandır;
- Kompüter bilikləri; Microsoft Office proqramları;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Layihə menecer”i şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.