İş şəraiti
- Yerləşmə: Bakı şəhəri. Yasamal rayonu. Grand Hayat yaşayış kompleksi
- Əmək haqqı: 300-500
- İş saatı: Həftə içi 5 gün 09:00-17:00
İş haqqında məlumat:
- İngla Preschool olaraq, təcrübəli və məsuliyyətli bağça müəllimi axtarırıq. Əgər siz 2 yaşdan etibarən uşaqlarla işləmək bacarığına sahib, gülərüzlü və işində peşəkar bir mütəxəssissinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Ən az 2 il baxçada işləmiş və 2-5 yaş qrupları ilə işləmə bacarığı olanların Cvlərinə baxılacaq.
Vəzifələr:
- 2 yaşdan etibarən uşaqlar ilə gündəlik fəaliyyətləri həyata keçirmək.
- Uşaqların inkişafını izləmək, onların sosial və emosional bacarıqlarını dəstəkləmək.
- Tədris planlarına uyğun olaraq təlimlər təşkil etmək və uşaqlarla əyləncəli dərslər keçirmək.
- Uşaqların fiziki və psixoloji rifahını təmin etmək.
Tələblər:
- Bağçada ən azı 3 il təcrübə.
- 2 yaşdan etibarən uşaqlarla işləmə təcrübəsi.
- Uşaqlar ilə işləməkdə böyük həvəs və sevgi.
- Gülərüzlü, məsuliyyətli və işinə dərin hörmət göstərən.
- Ali təhsilli (Məktəbəqədər təhsil üzrə diplom və ya müvafiq sertifikatlar tələb olunur).
- Yaxşı ünsiyyət bacarıqları və komanda işinə uyğunlaşma qabiliyyəti.
Əlaqə: 010 310 71 17
Maraqlanan namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.