Təlimlər gündüz saatlarında keçiriləcəkdir. Xahiş edirik, yalnız gündüz saatlarında tədris apara biləcək namizədlər müraciət etsinlər.
INNAB Business School komandası Data Analitika proqramı və onun ayrı-ayrı modulları üzrə təlim keçəcək peşəkar təlimçilər axtarır.
Tədris istiqamətləri
- Data Analitika
- Excel
- SQL
- Power BI
- Python
Tələblər
- Tədris ediləcək istiqamət üzrə praktiki iş təcrübəsi
- Güclü təqdimat və kommunikasiya bacarıqları
- Praktiki və nəticəyönümlü tədris yanaşması
- Azərbaycan dilini səlis bilmək (İngilis dili biliyi üstünlükdür)
Əsas vəzifələr
- Tədris proqramlarının hazırlanması və tədrisi
- Praktiki tapşırıqlar və real кейslər əsasında dərslərin təşkili
- İştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi
- Tədris materiallarının hazırlanması və yenilənməsi
CV-nizi mövzu hissəsində tədris edə biləcəyiniz istiqaməti qeyd etməklə (məs.: "SQL Təlimçisi", "Power BI Təlimçisi") Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.