Gündüz saatlarında dərs keçmək üçün peşəkar və məsuliyyətli Kompüter və Ofis Proqramları üzrə Təlimçi axtarılır.
Vəzifə öhdəlikləri:
- Kompüter və ofis proqramları üzrə dərslərin tədrisi
- Mövzuların sadə, praktik və anlaşıqlı formada izahı
- Müdavimlərlə effektiv ünsiyyətin qurulması
- Tədris prosesinin planlı və səmərəli idarə olunması
Tədris olunacaq mövzular:
- Kompüterin əsasları, Windows əməliyyat sistemi
- Fayl və qovluqlarla işləmə
- Microsoft Word, Excel, PowerPoint, Outlook
- İnternet və e-mail istifadəsi
- Zoom, Google Meet, Google Drive platformaları
- Sənədlərlə iş və ümumi kompüter operatoru bacarıqları
Tələblər:
- Kompüter və ofis proqramları üzrə güclü biliklər
- Word, Excel, PowerPoint və Outlook proqramlarında işləmək bacarığı
- Windows sistemi və fayl idarəetməsi üzrə praktik təcrübə
- Zoom, Google Meet və Google Drive alətləri ilə işləmə bacarığı
- Tədris və izah etmə qabiliyyəti
- Auditoriya ilə işləmək bacarığı
- Gündüz saatlarında işləmək imkanı
- Məsuliyyətli, punktual və ünsiyyətcil olmaq
Üstünlük veriləcək:
- Tədris təcrübəsi olan namizədlərə
- Müvafiq sahədə praktiki iş təcrübəsi olan şəxslərə
İş qrafiki: Gündüz saatları
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.