I İNNOVA İNŞAAT MMC
  • 671

İNNOVA İNŞAAT MMC

Tikinti

Mal material üzrə mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mal material üzrə mühasib

  • Deadline 10 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə dair tələblər:

  • Sərbəst Azərbaycan dili, Rus dili (arzu olunandır) 
  • MS Office, 1C proqramlarını sərbəst bilməli
  • Minimum 2 il müvafiq sahədə əmək fəaliyyəti olmalı (tikinti sektoru üstünlükdür)
  • Ali təhsil 
  • Azərbaycan Respublikası Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” tələbləri bilməli
  • Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
  • Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
  • Komandada işləmək bacarığına sahib olmalıdır;

Əsas vəzifələri:

  • Müvafiq sənəd əsasında anbara mədaxil olunan mal-materialları uğun mühasibat uçotu registrinə (1C və digər vasitələr) əlavə etmək;
  • Anbardan məxaric olunacaq mal-materialların müvafiq sənəd və qaydalarla təhvil verilməsi üçün mühasibat uçotu registrlərində uyğun əməliyyatları icra etmək;
  • Sənədlərin müvafiq formada təqdim olunmasına nəzarət etmək və uyğun qaydada arxivləşdirmək;
  • Mədaxil əməliyyatları üzrə nağdsız ödənişlərin icra olunması üçün təqdim olunan hesab-faktura əsasında mühasibat uçotu registrlərində öhdəlik əməliyyatlarını yaratmaq;
  • Anbar sayımlarında iştirak etmək;
  • Aylıq hesabatların hazırlanması.
  • Anbarlara malların hərəkətinə nəzarət olunması, açılan Sifarişlərin təqib olunması;
  • Ay sonu anbarlar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması;
  • Regionlarda olan layihələrinə ezam olunmaq, yerlərdəki anbarların sənədləşməsinə dəstək vermək;
  • Baş mühasibin verdiyi tapşırıqların yerinə yetirilməsi.
  • Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
  • İdxal əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
  • Aylıq mal-material silgisinin edilməsi və sənədlərin hazırlanması.

İş haqqında məlumat:

  • Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: Həftəlik 6 iş günü (şənbə günü qısa iş günü)
  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Mal material üzrə mühasib yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily14
  • Weekly706
  • Monthly1343