Namizədə dair tələblər:
- Sərbəst Azərbaycan dili
- Rus dili (arzu olunandır)
- 30-50 yaşlı kişi namizətlər
- MS Office,
- Minimum 3 il müvafiq sahədə əmək fəaliyyəti olmalı (tikinti sektoru üstünlükdür)
- Hərbi və digər güc strukturları sahəsində təhsil üstünlükdür
- Azərbaycan qanunvericiliyini (Mülki, inzibati, kommersiya, əmək və s.) təfsir etmə bacarığı;
- Təhlükəsizlik sistemləri (kamera-nəzarət sistemi, buraxılış sistemləri, yanğın təhlükəsizliyi və siqnalizasiya) üzrə biliklər
- Fövqəladə hadisələrin idarəedilməsi sahəsində biliklər
- Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
- Yüksək araşdırma və tədqiqat bacarığı;
- Komandada işləmək bacarığına sahib olmalıdır;
Vəzifələr:
- Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, alınan xam-mal və materialların qorunması, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir
- Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir.
- Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini təmin etməlidir.
- Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq bütün işçilərə təlim keçirməlidir.
- Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır.
- Müəssisənin işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlər təşkil etməlidir.
- Şirkətdə baş verən hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır.
- Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsinin təşkili
- İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.
İş haqqında məlumat:
- Sənədləşmə: Azərbaycam Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: Həftəlik 6 iş günü (şənbə günü qısa iş günü)
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pros.77 (Ölkə ərazisində icra edilən layihələr)
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Təhlükəsizlik bölməsinin rəhbəri yazmaqla Müraciət et düyməsində elektron ünvanına göndərə bilərlər.