INNOVARCH INNOVARCH
  • 445

INNOVARCH

Dizayn , Tikinti

Baş Memar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Memar

  • Deadline 26 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə haqqında məlumat:

  • Innovarch Memarlıq və Dizayn şirkəti müasir və funksional layihələrin hazırlanmasında iştirak edəcək, dizayn və tikinti prosesinə tam nəzarət edə bilən, peşəkar bacarıqlara malik Baş Memar axtarır

Əsas vəzifələr:

  • Müştərilərlə ilkin görüşlərdə iştirak edərək ehtiyac və istəklərin təhlili;
  • Layihənin konseptual mərhələdən icraya qədər olan bütün mərhələlərinə rəhbərlik etmək;
  • Memarlıq layihələrinin texniki normativlərə və tikinti qaydalarına uyğunluğunu təmin etmək;
  • Sahədə texniki nəzarəti həyata keçirmək və inşaat prosesində iştirak etmək;
  • 3D modellərin və vizual təqdimatların hazırlanmasına nəzarət etmək;
  • İşçi layihələrin hazırlanması və icraçılarla koordinasiyanın qurulması;
  • Mühəndis və dizayner komandası ilə sıx əməkdaşlıq;
  • Təyin olunan müddətlərə və büdcəyə uyğun layihənin icrasına nəzarət.

Tələblər:

  • Ali təhsil (Memarlıq üzrə bakalavr və ya magistr);
  • Minimum 10 illik peşəkar təcrübə (ən azı 5 ili sahə və layihə rəhbərliyi üzrə);
  • Azərbaycan, ingilis və rus dillərində sərbəst danışıq bacarığı
  • Layihə menecmenti və sahə təcrübəsi vacibdir;
  • Autocad, Revit, 3ds Max, SketchUp Pro, Twinmotion, Lumion, Adobe Photoshop, Corona Render və digər müasir dizayn və vizualizasiya proqramlarını əla səviyyədə bilmək;
  • Tikinti və layihələndirmə üzrə normativ sənədlərə, SNIP və DBN qaydalarına bələdlik;
  • Komanda idarəetməsi və koordinatorluq bacarığı;
  • Yaradıcı yanaşma, təhlil etmə və qərarvermə qabiliyyəti;
  • Sahədə aktiv çalışmaq və layihəyə yerində nəzarət imkanına malik olmaq.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş rejimi. Part-time əməkdaşlıq mümkündür. Ofisdə daimi oturmaq tələb olunmur, layihələrin idarəolunması və icrası əsasdır.
  • Əmək haqqı: 3000 AZN stabil maaş, layihə üzrə bonus; ümumilikdə aylıq nəzərdə tutulan məbləğ 6000 AZN və daha çox
  • Ünvan: Xətai, Azure Biznes Mərkəzi

Müraciət üçün:

CV və portfolio fayllarınızı “Baş Memar” mövzusuyla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Əlaqədar şəxs: Zahra Rasul

  • Daily15
  • Weekly563
  • Monthly2727