Vəzifə haqqında məlumat:
Dizayn studiyamıza istedadlı və yaradıcı Memar və Qrafik Dizayner axtarırıq. Namizəd memarlıq layihələrinin konseptlərini, texniki rəsmlərini və yüksək keyfiyyətli vizual təqdimat materiallarını hazırlamalıdır. Bu vəzifə üçün güclü estetik zövqə, detallara diqqətə və yaradıcı düşüncəyə sahib olmaq əsasdır.
Əsas vəzifələr:
- Eksteryer, interyer və landşaft layihələri üçün memarlıq konseptlərinin hazırlanması
- Yüksək keyfiyyətli 2D və 3D vizuallaşdırmaların (sketch, render, diaqram və s.) hazırlanması
- Brendinq, təqdimatlar və marketinq üçün qrafik materialların hazırlanması
- Memarlar, layihə menecerləri və marketinq komandası ilə birlikdə işləmək
- Bütün dizayn işlərinin brend kimliyinə və layihə məqsədlərinə uyğunluğunun təmin edilməsi
Tələblər:
- Memarlıq, İnteryer Dizayn və ya Qrafik Dizayn üzrə bakalavr dərəcəsi
- Sahə üzrə ən az 3 il iş təcrübəsi
- AutoCAD, Revit, SketchUp, Lumion və ya 3ds Max proqramlarında bacarıq
- Adobe Photoshop, Illustrator, InDesign proqramlarında sərbəst işləmək
- Memarlıq və qrafik işləri əks etdirən güclü portfolio
- Yaradıcı düşüncə və estetik baxış
- Vizual hekayəçilik və brendinq bilikləri üstünlük sayılır
- Zamanın idarə olunması və ünsiyyət bacarığı
- İngilis və rus dillərində bilmək üstünlükdür
Təklif etdiklərimiz:
- Yerli və beynəlxalq layihələrdə işləmək imkanı
- Yaradıcı və innovativ komandada sərbəstlik
- Təcrübəyə uyğun rəqabətli əməkhaqqı + layihə bonusları
- Peşəkar inkişaf və artım perspektivləri
Müraciət üçün:
- CV və portfolio fayllarınızı “Memar və Qrafik Dizayner” mövzusuyla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Əlaqədar şəxs: Zahra Rasul