İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
  • 338
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Dövlət idarəetməsi və müdafiə , Dövlət xidmətləri

Aparıcı biznes analitik

  • Deadline 1 Avqust 2026

Təsvir

  • Rəqəmsal yetkinliyin qiymətləndirilməsində dəstək olunması və məlumatların toplanılması;
  • Rəqəmsallaşma layihələrində tərəfdaşlarla görüşlərdə iştirak edilməsi və qeydlərin hazırlanması;
  • Layihələrin təhlilində kömək edilməsi, məlumat toplanması və icra prosesində iştirak edilməsi;
  • BPMN, UML və digər metodlarla diaqramların hazırlanması və texniki sənədlərin hazırlanmasına dəstək verilməsi;
  • G2G, G2B, G2C biznes modellərinin anlaşılması və mövcud layihələr üçün həll təkliflərinin verilməsi;
  • Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində icra və dəstək səviyyəsində iştirak edilməsi;
  • Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər hazırlamağa dəstək verilməsi;
  • Sistem dizaynı tələblərinin müəyyənləşdirilməsi və dizayn prosesində dəstək olunması;
  • Şöbə müdirinin və departament rəhbərliyinin texniki tapşırıqlarının icra edilməsi və hesabat verilməsi;
  • Yeni texnologiyalar, rəqəmsal trendlər və beynəlxalq təcrübələri araşdıraraq mövcud layihələrdə tətbiqi ilə bağlı tövsiyələrin verilməsi;
  • Mövcud biznes proseslərinin və rəqəmsal həllərin təhlilində dəstək olunması və avtomatlaşdırma üçün təkliflərin hazırlanması;
  • Verilənlər bazası üzrə sorğuların aparılması və məlumatların təhlilinə dəstək verilməsi;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunması;
  • Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.

Tələblər

  • ali təhsil (rəqəmsal transformasiya, informasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem analizi, dizayn və ya müvafiq sahələr);
  • Biznes proses analizi və rəqəmsal transformasiya sahəsində ən azı 3–4 il iş stajı;
  • biznes proses modelləşdirmə dilləri (BPMN, UML);
  • API inteqrasiyası və məlumat mübadiləsi prinsipləri barədə anlayış;
  • SQL və ya digər verilənlər bazası sistemləri üzrə baza bilikləri;
  • analitik düşüncə və problem həll etmə qabiliyyəti;
  • istifadəçi tələblərinin toplanması və sənədləşdirilməsi;
  • vizual diaqramlar və prototiplərin hazırlanması;
  • komanda ilə işləmə və effektiv ünsiyyətqurma;
  • yaradıcı yanaşma, dəqiqlik, məsuliyyət, dəyişikliklərə adaptasiya bacarığı;
  • dəyişikliklərə uyğunlaşma bacarığı;
  • azərbaycan dili – sərbəst; İngilis dili – texniki sənədləşdirmə və peşəkar ünsiyyət səviyyəsində; Rus dili üstünlükdür;
  • Figma, Jira, Confluence kimi alətlərlə işləmə bacarığı;
  • sistem dizayn biliklərinin olması;
  • BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarıqları;
  • dataları sorğulayaraq onları analiz edib mövcud proseslərdə dəyişiklik tələblərinin çıxarılması;
  • Agile/Scrum və ya Waterfall metodologiyaları barədə bilik;
  • ixtisas üzrə beynəlxalq sertifikatların olması üstünlükdür;
  • Fərqli domenlərdə Rəqəmsallaşma, İT Biznes Analitik kimi iş təcrübəsinin olması (məsələn: Rəqəmsal Dövlət, Rəqəmsal Bankçılıq, FinTech və s.)

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily33
  • Weekly175
  • Monthly1239