Təsvir
- Rəqəmsal yetkinliyin qiymətləndirilməsində iştirak edilməsi;
- Dövlət qurumlarının təklifləri əsasında texnoloji inkişaf meyarlarına uyğunluq dərəcəsinin qiymətləndirilməsini mümkün edən göstəricilərin və nəticələrin daxil olduğu tədbirlər planının hazırlanması;
- Dövlət qurumlarının rəqəmsallaşma sahəsi üzrə əsas fəaliyyət göstəricilərinin (KPİ) işlənib hazırlanması və icrasının izlənməsi;
- Dövlət qurumları ilə birgə rəqəmsallaşma üzrə yol xəritələrini icrasında Agentlik adından iştirak edilməsi;
- Agentliyin sahibi və ya operatoru olduğu Vahid Reyestrin idarə olunması, fəaliyyətinin təmini və təkmilləşdirilməsi, həmçinin Elektron Hökümət İnformasiya Sisteminin (EHİS) təkmilləşdirilməsi prosesində iştirak edilməsi;
- Ölkə səviyyəsində rəqəmsal layihələr üzrə konsepsiyanın hazırlanması, biznes proseslərin müəyyən edilməsi, tələblərin formalaşdırılması və təhlillərin aparılmasında iştirak edilməsi;
- BPMN, UML və digər metodlarla rəqəmsallaşma proseslərinin diaqramlarının hazırlanması, texniki sənədlərin tərtib edilməsi.
- G2G, G2B, G2C biznes modellərinin analiz edilməsi və həll yollarının verilməsi;
- Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak edilməsi;
- Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif edilməsi;
- Sistem dizaynı tələblərinin müəyyənləşdirilməsi, sistem dizaynında daha yaxından iştirak edilməsi;
- Verilənlər bazası üzrə sorğuların aparılması, dataları təhlil edilməsi və strateji qərarların qəbuluna dəstək verilməsi;
- Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak edilməsi;
- Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllərin təklif edilməsi;
- Sistem dizaynı tələblərini müəyyənləşdirilməsi, sistem dizaynında daha yaxından iştirak edilməsi.
Tələblər
- Ali təhsil (rəqəmsal transformasiya, informasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem analizi, dizayn və ya müvafiq sahələr);
- İxtisas üzrə beynəlxalq sertifikatlar (CBAP, PMI-PBA, TOGAF, IIBA və s.) ;
- Biznes proses analizi və rəqəmsal transformasiya sahəsində ən azı 3-5 il iş təcrübəsi;
- Fərqli domenlərdə iş təcrübəsi: rəqəmsal dövlət, rəqəmsal bankçılıq, fintech, e-commerce, telekommunikasiya;
- Layihələrin başdan sona qədər idarə olunmasında və İT həllərin tətbiqində təcrübə;
- BPMN, UML, ArchiMate üzrə peşəkar biliklər;
- API inteqrasiyası, REST, SOAP, Webhooks, ETL prinsipləri üzrə dərin anlayış;
- SQL, PL/SQL, NoSQL və məlumat analitikası alətləri (Power BI, Tableau) üzrə inkişaf etmiş biliklər;
- Sistem dizaynı və kompleks arxitekturaların hazırlanması bacarığı;
- BRD, FRD, SRS, Use Case və Texniki Spesifikasiyaların hazırlanması və təsdiqi bacarığı;
- Figma, Jira, Confluence, Miro kimi alətlərlə peşəkar səviyyədə işləmə bacarığı;
- Agile/Scrum, Waterfall, Kanban və hibrid metodologiyalarda bilik və tətbiq təcrübəsi;
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti, böyük məlumatların təhlili və biznes tələblərin çıxarılması;
- İstifadəçi tələblərinin toplanması, sənədləşdirilməsi və texniki komandaya tərcüməsi bacarığı;
- KPI və proses effektivliyi metriklərini yaratmaq və tətbiq etmək bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı; rəhbərlik və stəykholderlərlə effektiv danışıqlar aparmaq;
- Azərbaycan dili – sərbəst; İngilis dili – texniki sənədləşdirmə və peşəkar ünsiyyət səviyyəsində; Rus dili – arzuolunan.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.