Təsvir
- Dövlət xidmətlərinin təqdim olunması proseslərinin təhlili və sənədləşdirilməsi;
- Xidmətlərin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Beynəlxalq qabaqcıl təcrübələrin araşdırılması və yerli kontekstdə tətbiqi imkanlarının qiymətləndirilməsi;
- Texniki məlumatları qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə kommunikasiya edilməsi;
- Xidmət proseslərinin BPMN (Business Process Model and Notation) standartına uyğun modelləşdirilməsi;
- Xidmətlərlə bağlı normativ-hüquqi bazanın öyrənilməsi və tətbiqə dair tövsiyələrin hazırlanması;
- Rəqəmsallaşma təşəbbüslərinin həyata keçirilməsi zamanı digər dövlət qurumları ilə əməkdaşlıq və koordinasiya;
- Layihə çərçivəsində hesabatların, təhlillərin və təqdimat materiallarının hazırlanması;
- Vətəndaş yönümlü xidmət dizaynının formalaşdırılmasında iştirak;
- Komanda daxili metodoloji dəstəyin göstərilməsi və bilik ötürülməsi;
- İnzibati işlər.
Tələblər
- Dövlət xidmətlərinin təşkili və hüquqi əsasları barədə geniş biliklər;
- Dövlət orqanlarının fəaliyyət prinsipləri və informasiya sistemlərinin əsas iş mexanizmləri ilə tanışlıq;
- Analitik və tənqidi düşüncə qabiliyyəti, problem həll etmə bacarığı;
- Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
- BPMN və xidmət dizaynı sahəsində təcrübə;
- Excel və digər analitik proqramlarda işləmək bacarığı;
- Kommunikasiya və təqdimat bacarıqları, təşəbbüskarlıq və məsuliyyətlilik;
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil arzuolunandır;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Dövlət qurumları və ya böyük miqyaslı təşkilatlarla iş təcrübəsi;
- Proaktivlik və müstəqil işləmə qabiliyyəti;
- İnnovasiya və rəqəmsal inkişafda yerli və beynəlxalq bazar dinamikası və tendensiyaları haqqında anlayış;
- İnnovasiya, İKT və ya rəqəmsal transformasiya sektorlarında təcrübə arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.