İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
  • 166

GRC üzrə baş / aparıcı mütəxəssis

GRC üzrə baş / aparıcı mütəxəssis

  • Deadline 24 May 2024

Təsvir:

  • İnformasiya təhlükəsizliyi strategiyasının hazırlanması, standartlara uyğunluğunun təmin edilməsi və prosesində iştirak edilməsi;
  • ISO 27001, SANS CIS CSC və NIST və Agentlikdə müəyyən edilmiş informasiya təhlükəsizliyi siyasətləri, standartları və təlimatlarına əsaslanan informasiya təhlükəsizliyi risklərinin təhlil edilməsi;
  • İnformasiya təhlükəsizliyi strategiyasına uyğun olaraq, kiber idarəetmə və risklərin idarə edilməsinə nəzarət edilməsi;
  • İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün kontrolların və proseslərin dövri olaraq nəzərdən keçirilməsinin planlaşdırılması və nəzarət edilməsi;
  • İT və informasiya təhlükəsizliyi ilə bağlı Agentliyin risklərinin idarə edilməsi, ISO standartlarına uyğunluğunun və fərdi məlumatların mühafizəsi fəaliyyətlərinin dəstəklənməsi, lazımi siyasətlərin və fəaliyyət planlarının hazırlaması üçün müvafiq departamentlərlə sıx əməkdaşlıq edilməsi;
  • İT infrastrukturu, proqram təminatları, platformaları və təchizatçıları ilə bağlı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və aradan qaldırılması üçün lazımi tapşırıqların planlaşdırılması və nəzarət edilməsi;
  • Təklif olunan yeni texnoloji həllər və proseslərin Agentliyin təhlükəsizlik siyasətinə və müvafiq qaydalara uyğunluğunun təmin edilməsi, bu tələblərə qarşı boşluqların təhlilinin aparılması və sənədləşdirilməsi;
  • İnformasiya təhlükəsizliyi üzrə təlim, təhsil və maarifləndirmə proqramı üçün strategiya, məqsəd və hədəflərin hazırlanması;
  • Agentliyin informasiya təhlükəsizliyi üzrə yetkinlik səviyyəsinin ("maturity level") müəyyənləşdirilib inkişaf etdirilməsi;
  • Tələb olunan və ya tapşırılan hər hansı digər əlaqəli vəzifələrin yerinə yetirilməsi.

Tələblər:

  • İT və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili;
  • İnformasiya təhlükəsizliyi sahəsində minimum 3-4 (üç-dörd) il iş təcrübəsi;
  • Risklərin qiymətləndirilməsi və İT audit prosesləri üzrə bilik və təcrübənin olması;
  • Azərbaycan və ingilis dillərində fikri anlamaq və səlis ifadə etmək bacarığı, rus dili azruolunandır;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komanda işinin qurulması və maraqlı tərəflər ilə kommunikasiyanın qurulması bacarığı.
  • Günlük0
  • Həftəlik622
  • Aylıq363