Təsvir
- Dərin müsahibələr, sorğular, A/B testlər və digər (keyfiyyət və kəmiyyət) metodlar üzrə araşdırma planlaşdırmaq və həyata keçirmək;
- Araşdırma ssenarilərini və metodologiyasını müstəqil şəkildə hazırlamaq;
- Genişmiqyaslı tədqiqatlar (diary study, field research, accessibility audit) planlayıb icra etmək;
- Araşdırma nəticələrini və analitikanı fərqli formatlarda (infografik, yazılı, təqdimat) təqdim etmək;
- CJM, empatiya xəritələri, JTBD əsaslı analizlər və persona modellərinin hazırlanması;
- UX/UI, Marketinq, CX, PO, Biznes Analitikləri ilə sıx əməkdaşlıq etmək;
- Toplanan datanı analiz edərək nəticə çıxarmaq və hipotezalar qurmaq;
- Tədqiqatların nəticələrini məhsul komandalarına ötürmək və tətbiqinə nəzarət etmək.
Tələblər
- İstifadəçi təcrübəsi (UX) və tədqiqatlar sahəsində minimum 3 illik təcrübə;
- Dizayn düşüncəsi (Design Thinking) yanaşması ilə məhsulun hazırlanmasının bütün mərhələlərində, ilk addımdan istifadəyə verilməsinə qədər təcrübə;
- İstifadəçi testlərinin (Usability Testing) keçirilməsi və istifadəçi davranışlarını araşdırmaq sahəsində geniş biliklər;
- UX tədqiqat metodlarının geniş spektrinə bələdlik;
- Təqdimat və prezenatasiya bacarığı;
- Analitik və struktur düşüncə;
- Tableau, Dovetail, Optimal Workshop və bənzər alətlərlə təcrübə;
- JTBD yanaşmasının tətbiqi və fasilitasiya bacarığı;
- Tədqiqatları data əsaslı (Data-driven) qərar verərək hazırlamaq bacarığı;
- Agile metodologiyası ilə bağlı bilik və təcrübəyə malik olmaq;
- Nəticəyönümlü, öyrənməyə və özünü inkişafa açıq;
- Minimal olaraq “Intermediate" səviyyəsində İngilis dili.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.