Təsvir
- Forumlar, mesajlaşma platformaları, saxta saytlar və digər onlayn mənbələrdəki kibertəhlükə izlərinin araşdırılması;
- Platformada avtomatik şəkildə aşkar edilən hallar üzrə dəyərləndirmə aparilması, yanlış pozitivləri filtrasiya edilməsi və təsdiqlənmiş təhdid nümunələrinin çıxarilması;
- Yeni və mövcud zərərli proqram nümunələrinin davranış və struktur baxımından öyrənilməsi;
- Sosial mediada və ya Dark Web-də aşkarlanmış saxta hesablar, fişinq domenləri və digər təhdidlərin arxasında duran motivasiyaların araşdırılması;
- Zərərli kontentlərin aradan qaldırılması üçün hüquqi və texniki takedown mexanizmlərinin təşkili və izlənməsi;
- Təhlil və hesabat əməliyyatlarını sürətləndirmək üçün skriptlər və avtomatlaşdırma alətlərinin yazılması və tətbiq olunması;
- Kənar və daxili mənbələrdən əldə edilmiş məlumatları araşdıraraq analitik nəticələri məhsula və müştəri interfeyslərinə ötürülməsi;
- Simulyasiya edilmiş hücumlarla sistemin müdafiə səviyyəsini ölçülməsi və zəif cəhətləri aşkarlanması;
- Tapıntıların müxtəlif formatlarda — texniki sənədlər, bloq məqalələri və ya icmal brifinqlərində — paylaşılması;
- Müştərilərlə keçirilən görüşlərdə, aşkar edilmiş halların əhəmiyyəti və təsirləri haqqında aydın və əsaslandırılmış izahatlar təqdim edilməsi;
- Yeni yaranan zəiflikləri (xüsusilə 0-day növləri) izlənməsi, ilkin təsir analizləri aparilması və risk səviyyəsinin təyin edilməsi.
Tələblər
- Kibertəhlükəsizlik və ya informasiya texnologiyaları sahəsində minimum 2 illik peşəkar təcrübə;
- OSINT alətləri və araşdırma texnikaları üzrə praktiki bilik;
- Hücum texnikaları və müdafiə modelləri ilə (MITRE ATT&CK, kill chain və s.) tanışlıq;
- DNS, HTTP, TCP/IP, WHOIS və oxşar əsas şəbəkə texnologiyalarını anlama bacarığı;
- Python, Bash və ya digər skript dillərində təcrübə;
- Threat Intelligence platformalarında işləmə təcrübəsi;
- Analitik hesabatların yazılması və nəticələrin aydın şəkildə təqdim edilməsi bacarığı;
- Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.