İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
  • 1.6K
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Dövlət qurumu

Kibertəhlükəsizlik üzrə Mütəxəssis (Tədqiqatçı)

Kibertəhlükəsizlik üzrə Mütəxəssis (Tədqiqatçı)

  • Deadline 7 Yanvar 2025

Vəzifə Öhdəlikləri:

  • Kibertəhlükəsizlik təhdidlərinin tədqiqi, təhlili və fərqli mənbələrin analiz olunaraq müvafiq məlumatların toplanması;
  • Təhdid aktorlarının, zərərli proqramların (malware) və hücum vektorlarının araşdırılması;
  • Təhdidlərə dair göstəricilərin (IOC) və təhdid tendensiyalarının müəyyən edilməsi;
  • Təhlükəsizlik boşluqlarının aşkarlanması və uyğun risk qiymətləndirilməsinin aparılması;
  • Zəifliklərin idarə edilməsi və sıfır gün (zero-day) hücumlarının təhlil oluması;
  • Təşkilatın kibermüdafiə vəziyyətinin qiymətləndirilməsi və zəifliklərin aradan qaldırılması üçün təkliflərin hazırlanması.
  • Qaranlıq veb (Dark Web), sosial media və digər məlumat mənbələrində təhdid monitorinqinin olunması;
  • Təhlükəsizlik alətləri və avtomatlaşdırma skriptlərinin hazırlanması;
  • Hücum simulyasiyaları, zəifliklərin sınaqdan keçirilməsi və təhlükəsizlik tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
  • Sahə üzrə xüsusi modullar və alətlərin inkişaf etdirilməsi zamanı tədqiqat aparılması və davamlı inkişaf etdirilməsi üçün təhlillər.

Əsas Tələblər:

  • Kibertəhlükəsizlik və ya əlaqəli sahədə ən azı 2 il iş təcrübəsi;
  • Web tətbiqlərinin zəifliklərinin aşkarlanması və istismar edilməsində təcrübə;
  • Şəbəkə və sistem analizi alətləri (Wireshark, tcpdump, Splunk, ELK Stack və s.) ilə işləmə təcrübəsi;
  • Malware analizi, zərərli kodların dekompilyasiyası və ya təhlili bacarığı;
  • Əsas şəbəkə protokolları (TCP/IP, DNS, HTTP/S) və təhlükəsizlik texnologiyalarını bilmək;
  • Analitik alətlər və platformalar ilə işləmək bacarığı;
  • Python, Bash, PowerShell, C, C++, Java, və ya Go kimi proqramlaşdırma dillərinin bir və ya bir neçəsi ilə təcrübə;
  • Offensive Security Tool-lar (Metasploit, Cobalt Strike, Kali Linux və s.) ilə işləmək bacarığı;
  • Web tətbiqlərinin (API-lər daxil olmaqla) və ya mikroservislərin inkişafında təcrübə;
  • Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı.

Vakansiya haqqında:

  • Son tarix yanvar 15, 2025
  • Paylaşılıb dekabr 7, 2024
  • Vakansiya növü Tam ştat
  • Daily117
  • Weekly287
  • Monthly1937