Vəzifə Öhdəlikləri:
- Kibertəhlükəsizlik təhdidlərinin tədqiqi, təhlili və fərqli mənbələrin analiz olunaraq müvafiq məlumatların toplanması;
- Təhdid aktorlarının, zərərli proqramların (malware) və hücum vektorlarının araşdırılması;
- Təhdidlərə dair göstəricilərin (IOC) və təhdid tendensiyalarının müəyyən edilməsi;
- Təhlükəsizlik boşluqlarının aşkarlanması və uyğun risk qiymətləndirilməsinin aparılması;
- Zəifliklərin idarə edilməsi və sıfır gün (zero-day) hücumlarının təhlil oluması;
- Təşkilatın kibermüdafiə vəziyyətinin qiymətləndirilməsi və zəifliklərin aradan qaldırılması üçün təkliflərin hazırlanması.
- Qaranlıq veb (Dark Web), sosial media və digər məlumat mənbələrində təhdid monitorinqinin olunması;
- Təhlükəsizlik alətləri və avtomatlaşdırma skriptlərinin hazırlanması;
- Hücum simulyasiyaları, zəifliklərin sınaqdan keçirilməsi və təhlükəsizlik tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
- Sahə üzrə xüsusi modullar və alətlərin inkişaf etdirilməsi zamanı tədqiqat aparılması və davamlı inkişaf etdirilməsi üçün təhlillər.
Əsas Tələblər:
- Kibertəhlükəsizlik və ya əlaqəli sahədə ən azı 2 il iş təcrübəsi;
- Web tətbiqlərinin zəifliklərinin aşkarlanması və istismar edilməsində təcrübə;
- Şəbəkə və sistem analizi alətləri (Wireshark, tcpdump, Splunk, ELK Stack və s.) ilə işləmə təcrübəsi;
- Malware analizi, zərərli kodların dekompilyasiyası və ya təhlili bacarığı;
- Əsas şəbəkə protokolları (TCP/IP, DNS, HTTP/S) və təhlükəsizlik texnologiyalarını bilmək;
- Analitik alətlər və platformalar ilə işləmək bacarığı;
- Python, Bash, PowerShell, C, C++, Java, və ya Go kimi proqramlaşdırma dillərinin bir və ya bir neçəsi ilə təcrübə;
- Offensive Security Tool-lar (Metasploit, Cobalt Strike, Kali Linux və s.) ilə işləmək bacarığı;
- Web tətbiqlərinin (API-lər daxil olmaqla) və ya mikroservislərin inkişafında təcrübə;
- Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı.
Vakansiya haqqında:
- Son tarix yanvar 15, 2025
- Paylaşılıb dekabr 7, 2024
- Vakansiya növü Tam ştat