Əsas vəzifə öhdəlikləri:
- Layihələr çərçivəsində satınalma proseslərinin planlaşdırılması və aidiyyatı struktur üçün ilkin texniki tapşırığın hazırlanması
- Beynəlxalq müqavilələrin hazırlanması, təhlili və monitorinqi
- Tərəfdaşlarla müqavilə danışıqlarının aparılması və sənədləşmə prosesinin idarə olunması
- Layihə üzrə maliyyə və hüquqi sənədlərin uyğunluğunun müəyyən edilməsi
- Yerli və beynəlxalq tender və satınalma prosedurlarında iştirak
- Layihə qrafiklərinin, risklərinin və büdcələrinin izlənməsi
- Daxili və xarici hesabatların hazırlanması
- Layihə üzrə mövcud qanunvericilik, sərəncam və fərmanların icrasının nəzrətdə saxlanılması.
Ümumi tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması, Hüquq, Beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üzrə)
- Minimum 2 il layihə idarəçiliyi sahəsində iş təcrübəsi
- Satınalma və beynəlxalq müqavilələrlə iş üzrə minimum 1 illik təcrübə
- Dövlət layihələrində və Beynəlxalq donorlarla iş təcrübəsi üstünlükdür.
Bacarıqlar:
- Mövcud qanunvericiliyə uyğun satınalma prosesi barədə biliklər
- Maliyyə sənədləri və müqavilələrin hüquqi aspektlərini anlama bacarığı
- MS Office proqramlarında (xüsusilə Excel, Word) yüksək səviyyədə işləmə bacarığı
- Layihələrin idarə olunması üzrə metodologiyalar barədə bilik (PMI, PRINCE2 və s.)
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Güclü kommunikasiya və yazılı ünsiyyət bacarıqları.
Dil bilikləri:
- Azərbaycan dili – səlis
- İngilis dili – yüksək
- Rus dili – orta.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Natamam ali
Interested candidates can apply by clicking the link provided in the "Apply" button.