Təsvir
- Strateji Yol Xəritələrinin, Dövlət Proqramlarının, fərman və sərəncamlar üzrə Agentliyə həvalə edilmiş tapşırıqların monitorinq və qiymətləndirməsi ilə bağlı dövri hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsində iştirak etmək;
- Hesabatların müvafiq məlumat bazasını mütəmadi yeniləmək;
- Hesabatların hazırlanması üçün müvafiq sorğuların hazırlanması və təqdim edilməsində iştirak etmək;
- Təqdim edilmiş sorğular əsasında Agentliyin struktur bölmələrindən daxil olmuş məlumatları təhlil etmək, Azərbaydan dilinin orfoqrafik, leksik və qrammatik qaydalarına uyğunlaşdırmaq;
- Aylıq, rüblük və illik əsasda Agentlikdə görülmüş işlərə dair hesabatların hazırlanması və struktur bölmə rəhbərinə təqdim edilməsində iştirak etmək;
- Dövlət qurumlarına təqdim edilməli olan digər (dövri olmayan) hesabatların hazırlanmasında iştirak etmək;
- Agentliyin struktur bölmələrindən və dövlət qurumlarından aidiyyəti üzrə daxil olmuş digər sorğuların koordinasiyası və cavablandırılmasında iştirak etmək;
- Şöbənin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatları hazırlayaraq şöbə rəhbərinə təqdim etmək;
- Şöbənin fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafiq təkliflər vermək;
- Şöbə müdirinin verdiyi digər aidiyyəti tapşırıqları icra etmək.
Tələblər
- Dövlət qurumlarında strateji planlama və təhlil, layihələrin idarəedilməsi, analitik və ya informativ hesabatlılıq üzrə minimum 2 il iş təcrübəsi;
- Ali təhsil (Biznesin idarəedilməsi, Strateji idarəetmə, və digər aidiyyəti sahələr üzrə);
- Azərbaycan dilinin qrammatik və leksik cəhətdən mükəmməl bilməsi mütləqdir;
- MS Office proqramları ilə (Word, Excel və PowerPoint) yüksək səviyyədə işləmək bacarığı,
- Təşəbbüskarlıq və güclü analitik bacarıqlar;
- İngilis dili və rus dili biliyinin olması üstünlükdür.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.