Təsvir
- Strateji Yol Xəritələrinin, Dövlət Proqramlarının, fərman və sərəncamlar üzrə Agentliyə həvalə edilmiş tapşırıqların monitorinq və qiymətləndirməsi ilə bağlı dövri hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
- Hesabatların hazırlanmasının planlaşdırmaq və müvafiq məlumat bazasının hazırlanmasında iştirak etmək;
- Hesabatların hazırlanması üçün müvafiq sorğuları hazırlamaq və təqdim edilməsində iştirak etmək;
- Təqdim edilmiş sorğular əsasında Agentliyin struktur bölmələrindən daxil olmuş məlumatları təhlil etmək, ehtiyac duyulduqda aidiyyəti struktur bölmə əməkdaşlarına bu barədə tövsiyələr vermək;
- Aylıq, rüblük və illik əsasda Agentlikdə görülmüş işlərə dair hesabatları hazırlamaq və şöbə müdirinə təqdim etmək;
- Dövlət qurumlarına təqdim edilməli olan digər (dövri olmayan) hesabatların hazırlanmasında iştirak etmək;
- Agentliyin struktur bölmələrindən və dövlət qurumlarından aidiyyəti üzrə daxil olmuş digər sorğuların koordinasiyası və cavablandırılmasında iştirak etmək;
- Şöbənin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq şöbə rəhbərinə təqdim etmək;
- Şöbənin fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafiq təkliflər vermək;
- Şöbə müdirinin verdiyi digər aidiyyəti tapşırıqları icra etmək.
Tələblər
- Ali təhsil (Maliyyə/iqtisadiyyat/biznesin təşkili və digər aidiyyəti sahələr üzrə);
- Dövlət qurumlarında üzrə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan dilinin qrammatik və leksik cəhətdən mükəmməl bilməsi mütləqdir;
- MS Office proqramları ilə (Xüsusilə Excel) səlis səviyyədə işləmək bacarığı;
- Təşəbbüskarlıq və güclü analitik bacarıqlar;
- İngilis dili və rus dili biliyinin olması üstünlükdür.
Vakansiya haqqında
- Son tarix dekabr 24, 2024
- Paylaşılıb noyabr 25, 2024
- Vakansiya növü Tam ştat