Təsvir
- Hackathon, inkubasiya və akselerasiya proqramlarının planlaşdırılması və icrasını təmin etmək;
- Startap ekosistem xəritəsinin platformasının hazırlanmasına nəzarət;
- İnnovasiya təşviqi mexanizmlərinin və dövlət/özəl qurumlararası əməkdaşlığın təşkili;
- Yerli və xarici VC (Venture Capital) bazasının qurulması və məlumat bazasının yenilənməsi;
- Xarici bazarlara çıxış üzrə dəstək proqramlarının təşkili;
- Dövlət proqramlarının investorlarla uyğunlaşdırılması üzrə təşəbbüslərin əlaqələndirilməsi.
Tələblər
- Layihə və proqramların idarə edilməsi sahəsində ən az 3 illik təcrübə (xüsusilə startup və innovasiya yönümlü);
- Agile/Scrum metodologiyalarında təcrübə, Jira idarəetmə aləti vasitələrində işləmək bacarığı;
- Startap və innovasiya ekosistemləri barədə bilik;
- Yüksək səviyyədə təşkilatçılıq və komanda yönümlü yanaşma;
- Kommunikasiya bacarığış Investor, dövlət qurumu və startaplar arasında əlaqələri idarə etmək bacarığı;
- Layihə idarəetməsi, biznesin idarə olunması, innovasiya və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi;
- PMP, Agile PM və ya ekvivalent sertifikatlara üstünlük verilir.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.