Təsvir
- Proqram təminatının inkişaf prosesində təhlükəsizlik tədbirlərini tətbiq etmək (DevSecOps yanaşması) və proqramçılarla sıx əməkdaşlıq edərək təhlükəsiz kod yazma qaydalarını təşviq etmək;
- Kod analizi aparmaq və təhlükəsizlik zəifliklərini müəyyənləşdirmək üçün statik və dinamik analiz alətlərindən (SAST, DAST, SCA) istifadə edərək nəticələri təhlil etmək;
- CI/CD Pipeline təhlükəsizlik skanerlərini inteqrasiya etmək və avtomatlaşdırılmış test mühitləri yaratmaq;
- OWASP Top 10 zəifliklərini müəyyən etmək, qarşısını almaq üçün uyğun strategiyalar hazırlamaq, bu zəifliklərə qarşı tətbiqlərdə preventiv tədbirləri təmin etmək;
- Pentest nəticələrinə əsasən düzəlişlər və tövsiyələr vermək, təhlükəsizlik risklərini qiymətləndirmək və onları minimallaşdırmaq üçün tədbirlər görmək;
- Təhlükəsizlik alətlərini və proseslərini avtomatlaşdırmaq, təhlükəsizlik monitorinqi üçün skriptlər və avtomatlaşdırılmış qaydalar yaratmaq;
- Təhlükəsizlik insidentlərinə cavab vermək,hadisələri təhlil edərək sistemlərdəki zəiflikləri müəyyənləşdirmək və gələcək insidentlərin qarşısını almaq üçün tədbirlər görmək;
- Təhlükəsizlik üzrə yeni texnologiyaları və metodologiyaları araşdırmaq, tətbiq etmək və təşkilat daxilində DevSecOps mədəniyyətini inkişaf etdirmək.
Tələblər
- Kibertəhlükəsizlik və ya əlaqəli sahədə ən azı 1 il iş təcrübəsi;
- CI/CD alətləri (GitHub Actions, GitLab CI/CD, Jenkins və s.) üzrə təcrübə;
- Kubernetes və konteyner təhlükəsizliyi sahəsində biliklər;
- Web tətbiqlərinin zəifliklərinin aşkarlanması və istismar edilməsində təcrübə;
- Python, Bash, PowerShell, C, C++, Java, və ya Go kimi proqramlaşdırma dillərinin bir və ya bir neçəsi ilə təcrübə;
- Web tətbiqlərinin (API-lər daxil olmaqla) və ya mikroservislərin inkişafında təcrübə;
- OSCP, CDP və ya bənzər sertifikatlara sahib olanlara üstünlük verilir.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr