Təsvir
- Keyfiyyət təminatı strategiyasının hazırlanması və həyata keçirilməsi;
- QA komandası üçün proseslərin, standartların və alətlərin müəyyənləşdirilməsi;
- Manual və avtomatlaşdırılmış test proseslərinin planlaşdırılması və icrası;
- Layihələr üzrə test planlarının, test ssenarilərinin və hesabatların yoxlanılması və təsdiqlənməsi;
- İstifadəyə verilmiş sistemlərdə keyfiyyət problemlərinin araşdırılması və həllinə dəstək;
- QA komandası üçün təlim və inkişaf planlarının hazırlanması;
- Məhsul komandaları (backend, frontend, mobil, DevOps və s.) ilə sıx əməkdaşlıq;
- Sınaq nəticələrinin izlənməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər
Təhsil və Təcrübə:
- Kompüter elmləri, proqram mühəndisliyi və ya əlaqəli sahədə bakalavr/magistr dərəcəsi;
- Minimum 5 il QA təcrübəsi, ən azı 3 il rəhbərlik və ya liderlik mövqeyində təcrübə;
- Manual və avtomatlaşdırılmış test sahəsində geniş biliklər;
- Agile/Scrum metodologiyaları ilə iş təcrübəsi.
Texniki Bacarıqlar:
- Test alətləri üzrə təcrübə (məs: TestRail, Selenium, Postman, JMeter, LoadRunner, Appium və s.);
- API testləri və performans testləri üzrə yüksək səviyyədə texniki bilik və təcrübə;
- Versiya nəzarət sistemləri (Git və s.) ilə işləmə bacarığı;
- CI/CD prosesləri və testlərin bu proseslərə inteqrasiyası barədə anlayış;
- SQL və verilənlər bazası ilə işləmə bacarığı;
- Jira, Confluence kimi alətlərlə təcrübə.
Soft Bacarıqlar:
- Liderlik və komanda idarəetmə bacarığı;
- Problemlərin analizi və qərarvermə qabiliyyəti;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Müxtəlif maraqlı tərəflərlə effektiv kommunikasiya qurma bacarığı;
- Münaqişələrin idarə olunması və motivasiyaetmə bacarığı.
Üstünlük Sayılacaq:
- ISTQB və ya digər beynəlxalq QA sertifikatları;
- QA strategiyası və roadmap hazırlama təcrübəsi;
- Test avtomatlaşdırması üzrə framework dizaynı və texniki liderlik təcrübəsi.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.