Təsvir
- Rəqəmsal Hökumət Arxitekturasının formalaşdırılması işlərinin təşkili;
- Dövlət qurumlarının rəqəmsal xidmətlərinin istifadəçi yönümlü dizaynının təşkili və təkmilləşdirilməsi;
- Biznes məqsədlərinin İT standartlar, təcrübə və metodologiyalarına (ISO, ITIL) uyğunlaşdırılması;
- Xidmət kataloqunun strukturlaşdırılması, xidmətlərin xəritələndirilməsi və təhlili işlərinin aparılması;
- Məlumatların idarə edilməsi prosesləri üçün idarəetmə çərçivələrini və standartlarını müəyyən edilməsi;
- Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik və onların inkişafının təmin edilməsi;
- Rəqəmsal transformasiya layihələrində iştirak və aidiyyəti qurumlarla koordinasiya.
Tələblər
- İnformasiya texnologiyaları, sistem mühəndisliyi, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə tam ali təhsil;
- Dövlət xidmətlərinin normativ hüquqi tənzimlənməsi və strateji inkişaf planlarına uyğunlaşdırılması sahəsində anlayış;
- Rəqəmsal xidmətlərin təkmilləşdirilməsi, dövlət informasiya sistemlərinin inkişafı və idarə olunması sahəsində 5 ildən az olmayaraq peşəkar təcrübə və sahə üzrə 3 ilik rəhbər vəzifədə komanda idarəetmə fəaliyyəti göstərmiş olması;
- Dövlət və özəl sektorda layihələrin idarə edilməsi, rəqəmsal transformasiya planlarının hazırlanması və icrası üzrə rəhbərlik təcrübəsi;
- İT həllər üzrə İnsan mərkəzli dizayn (Human-Centered Design), Design Thinking yanaşmalarına bələdlik və tətbiq təcrübəsi;
- Xidmətlərin xəritələndirilməsi, proses modelləşdirilməsi (BPMN), xidmət kataloqunun qurulması və optimallaşdırılması üzrə bilik və bacarıqlar;
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır).
Üstünlük verilir:
- Dövlət qurumlarında rəqəmsal xidmətlərin layihələndirilməsi və təkmilləşdirilməsi üzrə real layihələrdə iştirak etmiş şəxslər;
- Elektron xidmətlərin hüquqi, texniki və funksional tərəfləri üzrə sənədlərlə işləmə bacarığı olan namizədlər;
- Dövlət qurumları və özəl texnoloji tərəfdaşlar arasında koordinator kimi çıxış etmiş şəxslər;
- Layihə idarəetməsi və İT idarəetməsi sahəsində beynəlxalq sertifikatlara (PMP, ITIL, Cobit və ya bənzər) malik olan şəxslər.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.